565) Boğulmuş bağırsaq divarında nekrotik dəyişiklər bir qayda olaraq haradan başlayır?
A) Subseroz qatdan
B) Seroz qişadan
C) Əzələ qişasından
D) Selik altı qatdan
E) Selikli qişadan
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
566) Boğulmuş qasıq yırtığı ilə xəstəxanaya daxil olmuş xəstəyə hansı ilk tədbir görülməlidir?
A) Yırtığın daha yüngül qaytarılması üçün spazmolitiklərin tətbiqi
B) Təcili cərrahi əməliyyat
C) Analgetik və spazmolitiklərin təyini
D) Yırtığı məcburi düzəltmək və stasionar şəraitində müşahidə aparmaq:
E) Spontan yerinə qayıtmaq məqsədi ilə isti vanna
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
567) Sürüşən qasıq yırtığına görə aparılan əməliyyat zamanı texniki çətinlik baş verə bilər ki, bu nə ilə əlaqəlidir:
A) Nazik bağırsağın çözü yırtıq qapısında boğulmuşdur
B) Yırtığın divarlarından birini bağırsaq təşkil edir
C) Diaqnostik səhvlə
D) Köndələn fassiyanın anadangəlmə çatmamazlığı
E) Çox vaxt sol tərəfli lokalizasiyalı yırtığa rast gəlinir
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
Dostları ilə paylaş: |