568) Boğulmuş yırtıq öz-özünə düzəldikdə təcili əməliyyata nə göstəriş sayılır?
A) Peritoneal əlamətlərin təzahür etməsi
B) Yırtıq dəbəliyinin yox olması
C) Dizurik əlamətlər
D) Hərarətin yüksəlməsi
E) Yırtıq qapısı nahiyəsində ağrı sindromunun olması
Ədəbiyyat: Y.M.Pansırev. Kliniki cərrahlıq. «Medisina», Moskva, 1988 P.N.Napalkov, A.V.Smirnov, M.Q.Şrayber. Cərrahi xəstəliklər.. «Medisina», Leninqrad şöbəsi, 1976
569) Boğulmuş yırtıqlarda bağırsağın həyat qabiliyyəti olmasının əsas göstəriciləri nədir?
A) Bağırsaq divarının peristaltikası
B) Bağırsaq divarı çəhrayı rəngdədir, seroz qişa parıltılıdır, müsariqənin damarlarının pulsasiyası və bağırsaq divarının peristaltikası saxlanılmışdır.
C) Müsariqənin damarlarının pulsasyisı.
D) Serroz qişa parıltılıdır, bağırsaq divarının peristaltikası saxlanmışdır.
E) Seroz qişa parıltılı, qara albalı rəngdədir.
Ədəbiyyat: А.А.Гринберг. Неотложная абдоминальная хирургия. «Медицина», Москва, 2000. (Г)
Dostları ilə paylaş: |