635) Karsinoid şişin ən çox lokalizasiya olunduğu yer hansıdır?
A) Qalça bağırsaq
B) Soxulcanvarı çıxıntı
C) Nazik bağırsaq
D) Qara ciyər
E) Yoğun bağırsaq
Ədəbiyyat: P.N.Napalkov, A.V.Smirnov, M.Q.Şrayber. Cərrahi xəstəliklər. «Medisina», Leninqrad şöbəsi, 1976
636) Həzm traktının yuxarı hissələrinin kəskin xoralarında ən çox rast gələn fəsad hansıdır?
A) Penetrasiya
B) Maliqnizasiya
C) Xroniki xoraya keçməsi
D) Qanaxma
E) Perforasiya
Ədəbiyyat: A.Şalimov, V.F.Sayerko. Mədənin və 12 barmaq bağırsağın cərrahiyyəsi. «Zdorovye», Kiyev, 1972
637) Qanitirmənin ağırlıq dərəcəsinin qiymətləndirilməsi üçün aşağıda göstərilən laborator testlərdən hansına üstünlük verilir?
A) Qlomerulyar həcmin defisiti
B) Dövr edən plazmanın həcminin defisiti
C) Hemoqlobinin səviyyəsi
D) Dövr edən qanın həcminin defisiti
E) Hematokrit sayı
Ədəbiyyat: A.Şalimov, V.F.Sayenko. Mədənin və 12 barmaq bağırsağın cərrahiyyəsi. «Zdorovye», Kiyev, 1972. (Г)
638) Yüksək dodaqvarı fistulaların konservativ müalicəsinin müddət həddi hansıdır?
A) Optimal vaxt müddəti yoxdur
B) Poliorqan catmamazlığı yaranana qədər
C) Üç həftə
D) Üç ay
E) Fistula ətrafındakı dəri masserasiyası aradan götürülənə qədər.
Ədəbiyyat: А.В.Богданов. Свищи пищеварительного тракта в практике общего хирурга. Москва, 2001. с.197. (Г)
639) Bazu sümüyünün diafizinin sınığı ilə olan xəstəninnəqli zamanı tətbiq olunması aşağıdakılardan hansının tətbiq edilməsi daha rasionaldır?
A) Vaynşteyn üsulu ilə gips sarğısı
B) Torakobraxial gips sarğısı
C) Yumşaq Dezo sarğısı
D) Kramer şinası
E) Gips Dezo sarğısı
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
Dostları ilə paylaş: |