Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri


) Qarın boşluğu orqanlarının travması zamanı ən optimal cərrahı kəsik hansıdır?



Yüklə 0,86 Mb.
səhifə230/305
tarix02.01.2022
ölçüsü0,86 Mb.
#1441
növüРуководство
1   ...   226   227   228   229   230   231   232   233   ...   305
631) Qarın boşluğu orqanlarının travması zamanı ən optimal cərrahı kəsik hansıdır?
A) Çerni kəsiyi

B) Köndələn laparotomiya

C) Orta laparotomiya

D) Koxer, Fyodorov kəsikləri

E) Torakoabdominal kəsik
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988. (Г)
632) 30 yaşında qadın gecə vaxtı, küçədə tapılmışdır və huşsuz vəziyyətdə cərrahi klinikaya çatdırılmışdır. Vəziyyəti ağırdır: AT=80/20 mm c.st., nəbzi-128v/dəg., dərisi avazıyıb, qanın xüsusi çəkisi Van-Slayka metodu ilə -1, 044-dür. Ağrı qıcıqlandırıcılarına və göz bəbəklərinin işığa reaksiyası yerindədir. Üzdə cızıqlar və qansızmalar var. Tənəffüsün sayı 1 dəqiqədə 24-dür. Döş qəfəsinin sağ tərəfdə perkutor səs timpanikdir. Sağ tərəfdən nəfəs küyü zəifləyib. Döş qəfəsi və qarın üzərində cızıqlar və qansızmalar var. Lumbal punksiya zamanı likvorun təzyiqi 230mm c.s., likvorun şəffaflığı və rəngi dəyişməyib, likvor yollarının keçiriciliyi sınağı müsbətdir. Laparosentez zamanı 10 ml qan alınıb. Laporatomiya zamanı VIII qabırğanın sınığı nəticəsində dalağın diafraqmal səthinin 2sm cırılmasında hansı əməliyyat göstərişdir.
A) Splenektomiya dalaq toxumasının böyük piyliyə implantasiyası ilə

B) Dalaq yarasının elektrokoaqulyasiyası

C) Dalağın rezeksiyası

D) Dalaq yarasının tikilməsi

E) Splenektomiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком», СПб., 1999. (Г)
633) 24 yaşlı kişiyə qarının küt travmasından 5 saat sonra diaqnostik laparotomiya aparılıb. Qaraciyərin sağ payının diafraqma səthində visseral səthə keçən 12x15 sm ölçülü gərginləşmiş subkapsulyar hematoma aşkarlandı. Qarın boşluğunda başqa zədə və qan yoxdur. Bu halda aşağıdakı tədbirlərdən hansı görülməlidir?
A) Kapsulanı açıb hematomanın boşaldılması

B) Hemostatik tikişlərin qoyulması və ya qaraciyərin zədələnmiş parenximasının diatermokoaqulyasiyası

C) Hematomanın punksion boşaldılması

D) Ancaq qaraciyəraltı nahiyənin kontrol drenasiyası

E) Heç bir müdaxiləyə ehtiyac yoxdur
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999. (Г)
634) 30 yaşlı xəstədə qaraciyərin sol payının kəsilib deşilmiş yarasının tikilməsindən 5 gün sonra qəflətən sağ qabırğaaltı nahiyədə belə irradiasiya edən ağrı, ürək bulanma baş verir, bir dəfə qanlı qusuntu olmuş, 2 saat sonra melena qeyd edilir AT 100/60 mm c. st enir. Daha çox ehtimal olunan mədə-bağırsaq qanaxmasına aiddir:
A) Mədənin kəskin «stress» xorası

B) Hemofiliya

C) Portal hipertenziya

D) Eroziv qastrit

E) 12b/b-ın xroniki xorası
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999. (Г)


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   305




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin