675) Düz bağırsaq fistulaları üçün aşağıdakılardan hansı xarakterikdir?
A) fistuladan irinin çıxması ilə müşayiət olunan xroniki paraproktitin residivi
B) temperaturun yüksəlməsi
C) defekasiya zamanı selik ifrazı
D) defekasiya aktından qorxma
E) defekasiya vaxtı qanaxma
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с.538
676) Yoğun bağırsağın divertikulyozunun diaqnostikasında ən informativ müayinə metodu hansıdır?
A) qarın boşluğu orqanlarının USM
B) daxilə barium qəbul etdikdən sonra yoğun bağırsağın müayinəsi
C) kolonoskopiya
D) rekloromanoskopiya
E) irriqoskopiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.227
677) Çənbər bağırsağın divertikulyozunun əmələ gəlməsinə şərait yaradan əsas amillərdən biri hansıdır?
A) qida faktoru (şirniyyat istifadə olunması qəbulu)
B) çoxlu maye qəbulu
C) qida faktoru (sellüloza ilə zəngin qidanın istifadəsi)
D) qarındaxili təzyiqin artması
E) bağırsaqdaxili təzyiqin artması
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.226
Dostları ilə paylaş: |