683) Sfinkterdənkənar fistularda aparılan ən radikal əməliyyat hansıdır?
A) irinli boşluğun drenajı
B) Bliniçev üsulu ilə selikli qişanın endirilməsi ilə aparılan plastik əməliyyat
C) liqaturanın qoyulması və irin boşluğunun drenajı
D) fistulanın bağırsaq mənfəzindən kəsilib götürülməsi
E) sfinkterin tikilməsi ilə fistulanın kəsilib götürülməsi
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с. 539
684) 62 yaşlı xəstədə S-ə bənzər Çənbər bağırsağın xərçəngi aşkar olunub. Perforasiya ilə ağırlaşıb. Uzaq orqanlarda metastaz yoxdur. Hansı əməliyyat aparılmalıdır?
A) S-ə bənzər bağırsağın şişlə birlikdə qarın boşluğunun ön divarına tikmək
B) kolostoma qoyulmaqla S-ə bənzər bağırsağın rezeksiyası ( Hartman əməliyyatı)
C) anastomoz qoymaqla S-ə bənzər bağırsağın rezeksiyası
D) anastomoz və preventiv kolostoma qoyulmaqla S-ə bənzər bağırsağın rezeksiyası
E) transverzostomiya və qarın boşluğunun drenajı
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.243
Dostları ilə paylaş: |