866) Anamnezində qanaxma ilə ağırlaşma olmuş 12 barmaq bağırsaq xorasında əməliyyat önü dövrdə qanköçürməyə göstəriş sayılır:
A) Aşkar görsənən anemiya
B) Qan yaranmasını stimulə etmək vacibliyi
C) İmmunokorreksiyanın vacibliyi
D) Hepatit.
E) İntoksikasiya
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.
867) Ağır dərəcəli intoksikasiya ilə keçən kəskin pankreatitin ödemli formasında cərrahi əməliyyatdan sonrakı dövrdə aparılan müalicə aşağıda qeyd olunanların hamısını özündə cəmləşdirməlidir, birindən başqa:
A) Mədəaltı vəzin ödemini və sekretor fəallığını azaltmaq
B) Ağrı sindromunu aradan götürmək
C) Oddi sfinkterinin spazmını götürmək
D) Mədəaltı vəzi toxumasının sekvestrasiyasını sürətləndirmək
E) Qanda proteazların inaktivasiyası və detoksikasiya
Ədəbiyyat: В.И.Филин, А.Л.Костюченко. Неотложная панкреатология. «Питер», СПб, 1994.
Dostları ilə paylaş: |