Coğ.IX.9. Şagird Gürcüstan əhalisinin miqrasiyası və urbanizasiya proseslərini təhlil edə və gələcəklə əlaqədar ehtimallar söyləyə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Gürcüstanda mövcud olan miqrasiya proseslərinin başvermə səbəbləri, axını, tezliyi barədə mülahizə yürüdürsə və bunları ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi ilə əlaqələndirirsə;
Sinifdə qrup halında iş zamanı işlənmiş sosioloji tədqiqat anketi əsasında sorğu keçirirsə (sinifdə, məktəbdə, qohumlar arasında, qonşular arasında); Gürcüstanda miqrasiya proseslərinin inkişafı barədə mülahizə yürüdür və nəticələri sinif qarşısında təqdim edirsə;
Hərbi münaqişələr və təbii fəlakətlər səbəbindən məcburi köçkün şəxslər barədə informasiya toplayır və yaranmış sosial-iqtisadi çətinliklər barədə mülahizə yürüdürsə, problemin nizama salınması üçün öz mülahizələrini deyə bilirsə;
Urbanizasiyanın köməkçi və maneə amilləri barədə mülahizə yürüdürsə və onlarla əlaqədar sosial, iqtisadi və ekoloji problemlər barədə söyləyirsə; problemləri cədvəldə qruplaşdırırsa;
İqtisadi və siyasi dəyişikliklər nəticəsində Gürcüstanda məskunlaşmanın funksiyalarının pozulması/əldə edilməsi nəticəsində baş vermiş sosial problemləri tədqiq edir və nəticələri onun üçün arzuolunan formada (cədvəl, sxem...) əks etdirirsə;
Gürcüstanın şəhərlərindən birini seçir və onun perspektiv inkişafının sadə modelini tərtib edirsə;
Gürcüstan məskənlərinin tiplərini böyüklüyünü, funksiyalarını təhlil edir və onları dünyanın müxtəlif ölkələrinin kontrast analoqları ilə müqayisə edirsə; nəticələri onun üçün arzuolunan formada (verbal, yazılı, çertyoj şəklində) əks etdirirsə;
Gürcüstanın daxili və xarici miqrasiya prosesləri nəticəsində baş vermiş sosial dəyişiklikləri əks etdirir və situasiyanın yaxşılaşdırılmasının mümkün yolları barədə mülahizə yürüdə bilirsə.