b) İctimai elmlərin tədrisinin məqsəd və vəzifələri
İctimai elmlərin tədrisinin məqsədləri:
-
Tarix, coğrafiya, hüquq, iqtisadiyyat, siyasət və digər ictimai elmlərin əsasında şagirdə biliyin verilməsi.
-
Dünyanın vahid şəkildə dərk olunmasına yardım etmək və baş verən proseslərdə Gürcüstanın yerinin müəyyənləşdirilməsi.
-
Şagirdin vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasına yardım etmək.
-
Onun azad şəxsiyyət kimi və cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşmasına kömək etmək.
-
Şagirdə humanist dünyagörüşünün formalaşmasına yardım göstərmək.
-
Onlarda möhkəm iradə yaratmaq, özünün və yanındakının müxtəlif fövqəladə vəziyyətlərdə həyatlarını xilas etmək, fövqəladə vəziyyətlərdə səhvsiz və təhlükəsiz hərəkət etmək bacarığını formalaşdırmaq.
Bilik
İctimai elmlər biliyin qazanılmasına şərait yaradır ki, bu da gəncin azad şəxsiyyət və məsuliyyətli vətəndaş kimi formalaşması üçün vacibdir. Müxtəlif ictimai elmlərin öyrənilməsi şagirdə dünya kontekstində öz ölkəsinin hökumət, mədəni, iqtisadi və siyasi maraqlarını analiz etmək üçün yardım edir. Eyni zamanda, şagird gərək hansı təbii mühitdə yaşadığını, insanın bu və ya digər fəaliyyətinin mühitə hansı ziyan vurduğunu, təbii mühiti necə mühafizə etmək və qorumaq lazım olduğunu bilməlidir. Məhz, ictimai elmlərin öyrənilməsi ilə yeniyetmənin şəxsi ailəvi ictimai həyatda müstəqil qərarların qəbul edilməsi, həyata keçirilməsi haqqında biliyi inkişaf edir. Bugünkü dinamik etnik və mədəni cəhətdən rəngarəng dünyada cəmiyyətin funksiya göstərməsi üçün qarşılıqlı idrak mühüm əhəmiyyət kəsb edir. Şagird məhz ictimai elmləri öyrənərkən insan haqlarının müdafiəsi və şəxsiyyətə hörmət, şəxsi və başqasının məişətinin qorunub saxlanması haqqında bilik əldə edir.
Şagird yaşına uyğun olaraq biliyin addim-addım qazanılması yolu ilə siyasi sistem qanunun nə olduğunu, hansı siyasi sistemlərin mövcud olduğunu bilməlidir. Özünün demokratik cəmiyyət və qanunun aliliyi qarşısında məsuliyyət və hüquqlarını bilməli; Gürcüstanda insan haqlarının müdafiəsinin beynəlxalq dairələri, insan haqlarının müdafiəsinin mexanizm və vasitələrini tanımalıdır və sair.
Şagird özünü öz ailəsinin, cəmiyyətin, məktəb icmasının və sinfin, qonşu icmanın, referent qrupun (bu və ya digər etnik, dini azlığın, yaxud imtiyazlı xalqın və s.), gürcü cəmiyyətinin üzvü kimi dərk etməli; öz ölkəsinin cəmiyyətinin və referent icmasının mədəniyyətini tanımalı; Gürcüstanda və ya dünyada yaşayan başqa cəmiyyətlərin mədəniyyətlərini tanımalı; qayğı əxlaqının nə olduğunu və nə üçün dəyərli olduğunu analiz etməlidir və s.
Şagird addım-addım, pillələrlə öz ölkəsinin iqtisadi vəziyyətinin əsas aspektləri ilə tanış olmalıdır: malın, xidmətin, əməyin və işçi bazarının, minimal əmək haqqının, alıcılıq qabiliyyətini və s; imkan daxilində, sahibkarın hüquq və vəzifələri, məsuliyyət və etik istifadənin əhəmiyyəti və prinsipləri şəffaflığının əhəmiyyəti barəsində məlumatı olmalıdır və s.
Şagird addım-addım, pillə-pillə dayanıqlı inkişaf, ətraf mühitin müdafiəsi, sağlam həyat tərzi, həyat və sağlamlıq üçün təhlükəli vəziyyətlərin qiymətləndirilməsi, fövqəladə durumlarda hərəkət, fərdi və kollektiv müdafiənin imkanlarından istifadə, həkimə çatdırılanadək zərərçəkmişə ilkin tibbi yardımın göstərilməsi kimi sahələrdə biliyə malik olmalı; öz ölkəsinin, regionunun Avropa və dünyada baş verən proseslərlə əlaqəsini hiss etməli; bütün bu prosesin qarşılıqlı əlaqəsini dərk etməli; bəşəriyyətin, dünyanın vahid bir cəmiyyəti kimi qarşısında dayanan siyasi, iqtisadi, ətraf-mühit və sosial səbəbləri dərk etməlidir.
Bu prosesdə o da nəzərdə tutulur ki, şagirdin informasiya əldə etməklə paralel spesifik və ümumi bacarıq-qabiliyyətləri inkişaf edir, yüksək əqli dəyərləri formalaşır.
Konkret tematika/məsələlər/konsepsiyalar hər bir sinif və fənn proqramlarının məzmununda açıqlanır. Qeyd edilmiş biliyin əldə edilməsi fənnin spesifikası və ardıcıllığını, eləcə də şagirdlərin yaş imkanlarını nəzərə alır.
Dostları ilə paylaş: |