Yeni və ən yeni tarixi dövrdə formalaşmış sosial strukturları sadalayırsa. Onlar arasında mövcud olan oxşarlıqlar və fərqlər barədə mülahizə yürüdürsə;
Siyasi partiya anlayışını izah edirsə və cəmiyyətin inkişafında onun əhəmiyyəti barədə mülahizə yürüdürsə;
Hər hansı bir aktual problemi seçirsə (məs.: savad almaq, məşğuliyyət, insan hüquqlarının pozulması, mülkü mübahisələr, vergi münaqişəsi, sosial təhlükəsizlik, sağlamlığı və ətraf mühiti mühafizə, siyasi və dini ayrı-seçkilik və s.); tərəflərin hüquqlarının müdafiəsi və qanuni hərəkətlərin nəzərə alınması ilə əlaqədar informasiya toplayır, təhlili əsasında konkret problemin həlli planını (mümkün bir neçə variantı) yazırsa; problemin nizama salınmasına öz rolunu müəyyənləşdirirsə, həmfikirlər toplayır və plana uyğun olaraq hərəkət edirsə; öz iştirakının səmərəliyini qiymətləndirirsə və nəticələri sinif yoldaşları ilə bölüşürsə;
Vətəndaşların həyatından hər hansı bir konkret münaqişəli situasiyanı seçirsə (sosial, iqtisadi və ya siyasi); yaranmış vəziyyəti, tərəflərin maraqlarını öyrənirsə; sinif yoldaşları ilə birlikdə qeyd edilən situasiyanı oynayırsa və onun həllinin alternativ variantlarını tapırsa; bu yolların xeyir-ziyanı barədə mülahizə yürüdürsə və dostları ilə birlikdə münaqişənin ədalətli həlli planını əks etdirə bilirsə.