İc.təh.V-VI.16. Şagird müxtəlif cəmiyyətləri onlar üçün xarakterik olan əlamət-xüsusiyyətləri və qaydalarına əsasən müqayisə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Əsas cəmiyyətlər üçün xarakterik olan xüsusiyyətləri və qaydaları təsvir edirsə (məs.: ailə, məktəb, doğma yaşayış yeri, doğma tarixi diyar);
-
Sinif yoldaşları üçün əhəmiyyətli olan cəmiyyətlərə oxşar özünəməxsusluqları təsvir edə bilirsə;
-
Gürcüstanın müxtəlif diyarında eyni tip cəmiyyətlərin (məs.: ailə, qonşuluq, məhəllə) özünəməxsusluqlarını müqayisə edirsə;
-
Doğma diyarın və ya Gürcüstanın nümunəsində müxtəlif tip cəmiyyətlərin (məs.: ailə, qonşuluq, məhəllə) özünəməxsusluqlarını müqayisə edirsə.
İc.təh.V-VI.17. Şagird müxtəlif tarixi dövrdə insan ləyaqətinə, azadlığına və bərabərliyinə əməl olunmasını təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Ləyaqətin, azadlığın və bərabərliyin nə demək olduğunu öz sözləri ilə izah edə bilirsə;
-
İnsanların müxtəlifliyini onların hüquqları və bərabərliyi ilə əlaqələndirməyi bacarırsa;
-
Doğma diyarın və ümumiyyətlə, Gürcüstanın nümunəsində insanların ləyaqət, azadlıq və bərabərliyinə əməl olunmasını müqayisə edirsə.
İc.təh.V-VI.18. Şagird müxtəlif cəmiyyətlərdə uşağın hüquq-vəzifələrini fərqləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Gündəlik həyatda özünütəşkilin əhəmiyyətini xarakterizə edirsə;
-
Qrup/komanda işi zamanı sinif yoldaşlarına münasibətdə öz məsuliyyətini müəyyənləşdirirsə;
-
Müxtəlif cəmiyyətlərdə özünün hüquq-vəzifələrini izah edə bilirsə (məs.: ailədə, məktəbdə, qohumlar arasında, qonşuluqda və s.);
-
Uşaq və yeniyetmənin hüquq-vəzifələri arasında mövcud olan oxşarlıq-fərqlər barədə mülahizə yürüdə bilirsə.
Dostları ilə paylaş: |