Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


Tar.VII.4. Şagird siyasi xadimin ölkə tarixində əhəmiyyəti barədə fikir yürüdə bilər. Tar.VII.6



Yüklə 1,14 Mb.
səhifə64/244
tarix28.12.2021
ölçüsü1,14 Mb.
#15032
1   ...   60   61   62   63   64   65   66   67   ...   244
Tar.VII.4. Şagird siyasi xadimin ölkə tarixində əhəmiyyəti barədə fikir yürüdə bilər.


Tar.VII.6. Şagird dünya tarixi prosesləri barədə mülahizə zamanı iqtisadi amillərin əhəmiyyətini dərk edə bilər.


Tar.VII.8. Şagird müxtəlif qayda, norma qanun və ənənəni bu və ya digər tarixi dövrə münasibətdə onların mənsubiyyətinə əsasən fərqləndirə bilər.


Tar.VII.10. Şagird mədəniyyətin tərkib hissələri barədə fikir yürüdə bilər.


İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: Zaman və məkan

Tar.VII.1. Şagird faktları və hadisələri müvafiq tarixi dövrlə əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Tarixi hadisələri xronoloji ardıcıllıqla verə bilirsə, tarixi faktları qədim və yeni il hesablamaları sistemləri ilə əlaqələndirməyi bacarırsa;

  • Fərdi şəkildə və ya sinifdə qrup halında iş zamanı, zaman xəttində (şkalada) tarixi hadisələri və tarixi dövrləri qeyd edə bilirsə;

  • Konkret tarixə mənsub olan əsrləri və minillikləri sadalaya bilirsə;

  • Dərslikdə mövcud olan mövzularla əlaqədar əhəmiyyətli tarixləri xronoloji ardıcıllıqla

düzə və onları müvafiq tarixi dövrlərə aid edən cədvəl tərtib edə bilirsə. Məs.:

Mövzu: dövr

I mövzu (əmək və texnologiyalar)

II mövzu(məişət və məskənlərin tipləri)

III mövzu (sadə sosial qruplardan müasir dövlətədək)

Aqrardan əvvəlki

Paleolit – oddan istifadə edirdilər

Yuxarı paleolit – insan mağaralarda yaşayır

Soyadlı icmaların formalaşması

Aqrar

Neolit - əkinçilik və heyvandarlığın meydana gəlməsi

B.e.ə. IV minillik – birinci şəhərin qurulması

B.e.ə. III ə. əvvəli – Kartli çarlığının yaranması

Sənaye










Postsənaye










Tar.VII.2. Şagird müxtəlif ölkələrin, tarixi-coğrafi diyarların və coğrafi obyektlərin xəritədə yerləşməsini müəyyənləşdirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müvafiq dövrün tarixi xəritəsində ayrı-ayrı dövlətlərin sərhədlərini cıza və onların ən əhəmiyyətli mədəni-siyasi mərkəzlərini göstərə bilirsə;

  • Xəritədən istifadə etməklə dünyanın əhəmiyyətli ölkələrinin və tarixi-etnoqrafik diyarlarının yerləşməsini müəyyənləşdirirsə;

  • Siyasi xəritədən istifadə edərək ərazilərin və siyasi-mədəni mərkəzlərin qeyd olunduğu şərti işarələri izah edə bilirsə;

  • Xəritənin köməyi ilə dünya tarixinin əsas hadisələri barədə fikir yürüdə bilirsə;

  • Müxtəlif dövrlərin siyasi və mədəni tarixi barədə informasiyanı konturlu xəritəyə köçürə bilirsə.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin