Tar.VIII.4. Şagird ən qədim dövrdən bu günədək kommunikasiyaların inkişafının tarixi barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Sinifdə qrup halında iş zamanı müxtəlif tip əlifbaları sayır, onların əmələ gəlməsi barədə və yazının metodunda baş vermiş dəyişikliklər haqqında danışa bilirsə;
Cədvəldə doğma dilə xarici dillərdən alınma sözləri qruplaşdırırsa. Məs.:
Ərəb
Fars
Türk
Rus
Yunan
Latın
İngilis
Saat
Pəncərə
Şüşə
Robot
Tarix
Agent
İsteblişment
Sinifdə qrup halında iş zamanı və ya kartoçkaların vasitəsi ilə müxtəlif kommunikasiya vasitələrinin kəşflərinin nəticələrini qruplaşdırırsa (məs: çap, kompüter və s.);
Fərdi surətdə və ya sinifdə qrup halında iş zamanı nəqliyyatın müxtəlif növlərini şkalada qeyd edirsə və onun inkişafı barədə mülahizə yürüdürsə;
Ən əhəmiyyətli ticarət-hərbi yolu seçir və onun kommunikasiya çətinliklərini yazılı təsvir edir və bu yolun sosial-iqtisadi əhəmiyyətini əks etdirə bilirsə;
Şagird Gürcüstanı quru yolları və Qara dəniz vasitəsi ilə qonşu dövlətlərə birləşdirən marşrutları konturlu xəritəyə köçürə bilirsə;
Nəqliyyatın inkişafına əhəmiyyətli töhfələr daxil etmiş insanları zaman şkalasında qeyd edirsə.