11.12.2016
İNDİ
Adamı pul ilə adəm yerinə qoyurlar indi,
Kimin pulu vardır tanıyıb, sayırlar indi.
A kasıblar, sizitək diş qıcıdıb hürməz idik biz,
Sizitək rüşvət almadan, bir evə girməz idik biz,
Lap əzəllər belə bir şey yox idi, görməz idik biz,
Nə cəsarətlə kasıblar yolunu cayırlar indi ?
Baxıram, iyrənirəm üzünün qırağı yırtıq,
Bu nə paltar, bu nə üst-baş, yarağı-yasağı yırtıq,
Şalvarı cırıq-mırıqdır, başının papağı yırtıq,
Bu nə, püf-püf, o pis ətri evinə yayırlar indi.
Rədd ol, gəlib vurram, pilləkandan salaram mən,
Bu saat durub ayağa, tapdalaram mən,
Deyirsən: “mənə pul ver”,yoxsa ki, ac qalaram mən,
Sənin tayların dükan, ev talayıb soyurlar indi.
Dostları ilə paylaş: |