I
Hissə
-
həlqəvi qurdlar
II
Hissə
-
molyusklar
III
Hissə
-
buğumayaqlılar
IV
Hissə
-
balıqlar
V
Hissə
-
amfibilər
VI
Hissə
-
reptililər
VII
Hissə
-
quşlar
VIII
Hissə
-
məməlilər
IX
Hissə
-
nadir ev quşları və heyvan cinsləri
Bundan əlavə layihədə hər bir növlər üzrə oçerklərdən əvvəl
növlərin, yarımnövlərin və populyasiyaların siyahısının verilməsi təklif
olunur. Müəlliflər Respublika «Qırmızı Kitabı»na daxil olan növlər
haqqındakı məlumatların ətraflı olması üçün onların 5 kateqoriyaya
bölünməsini təklif edirlər.
•
I kateqoriya – mühafizəsi xüsusi tədbirləri həyata keirmədən
mümkün olmayan, yox olmaq təhlükəsi altında olan növlər; •
II kateqoriya – sayı çox sürətlə azalan, lakin hələ nisbətən
çox olan, yaxın gələcəkdə məhv olmaq təhlükəsi altında olan növlər; •
III kateqoriya – hal-hazırda məhv olmaq təhlükəsi
gözlənilməyən, lakin, məhdud ərazidə və az miqdarda təsadüf edilən,
təbii və antropogen amillərin təsiri altındakı əlverişsiz mühit
şəraitində yox olmaq təhlükəsi altındakı nadir növlər; •