Güdüx`//Güdil//Qudul. Azərbaycan dilinin Tovuz, Lerik şivə-
lərində “gödək”, Quba dialektində “qısaboylu” mənasını ifadə edir:
Azərbaycan dilinin dialekt leksikası
87
Güdüx` quyrux inəx` öədəyə tüşüf (Tovuz); Qudul adam diyədülər çux
bilədü (Quba) (7, 188, 312; 53, 237). Gudul Azərbaycan dilinin Xaç-
maz şivəsində “qısaboylu, gödək (adam)” mənasında işlənir: Mirzə-
bala kişi gudul bir adamiydi (7, 187). Gudul//gödül leksik vahidləri
Azərbaycan dilinin Bakı, Füzuli, Qarakilsə, Quba dialektlərində “çox
işləməkdən gödəlmiş, kiçilmiş alət” mənalarını ifadə edir (7, 187).
Güdük sözü türk ədəbi dilində “bir qüsuru, əksiyi olan: güdük
ağaç; kök və qısa: güdük minare”; tamamlanmamış: İnşaat bitmedi
inşaat güdük kaldı; kəsilmək, qopmaq üzərə olan: ”güdük kuyruklu
kedi” mənalarında işlənir (75, 433). Türk ədəbi dili üçün qeyd olu-
nan leksik vahidin “inkişafdan qalma” mənası da səciyyəvidir: gü-
dük kalmak “qısa qalmaq, boy ata bilməmək”: Güdük parmaklarında
kınalar aşınmış( Yusif Z. Ortaç) (68, 1105).
Qədim türk dili abidələrində güdük “quyruğu kəsik heyvana”
deyilir (103, 102). İ.Z.Eyuboğlu güdük sözünün qədim türkcə olan
kedük (qırılmış, qopmuş, açılmış) sözündən ketük-ge-dük>güdük
şəklində inkişaf yolu keçdiyini qeyd edir (103, 300). İ.Z.Eyuboğlu-
nun qeyd etdiyi bu qədim mənaya Azərbaycan dilinin Cəbrayıl şivə-
sində də təsadüf edilir: küdül “quyruqsuz”: Bu öküz küdüldü (7, 265).
Burada küdül sözü ilə öküzün quyruğunun qopması ifadə olunur.
Bu hala türk dili şivələrində də təsadüf olunub (123). Oğuz rayonu
şivəsində kütül “şikəst; çolaq” mənalarında işlənir: Barmaxsız əl,
ayax da kütüldü (7, 270).
Xınzır. Azərbaycan dilinin Qax şivəsində “dinsiz” mənasını ifa-
də edir (7, 222).
Türk ədəbi dilində hınzır sözü həm “donuz” mənasında, həm
də məcazi olaraq “xain, qəddar, inadçı” mənasında işlənir: Mutlaka
hınzır herif çocuğun bir yerini kırdı (Halide E.Adıvar); Hınzır karının
sözüne uydum. Hay uymaz olsaydım (Fahri Celal) (69, 1258).
Qeyd olunan leksik vahid ərəb mənşəli olub hınzir>hınzır (do-
nuz, sərt ürəkli, hissiyatsız, açıqqəlbli olmayan, ortalığı qarışdıran)
şəklində inkişaf yolu keçmişdir. (80, 323). Bildiyimiz kimi, islamda
donuz əti haram sayılır.
Hırsız//Xırsız. Azərbaycan dili şivələrində “zorlu, güclü” (Gən-
cə, Xanlar), “yerli-yersiz hərəkət edən” (Saatlı), “fərasətsiz, aciz”
|