2.7. Heyvandarlıqla bağlı olan sözlər
Ağıl. Bu söz Azərbaycan dilinin Balaкən, Biləsuvar, Cəbrayıl,
ƏliBayramlı, Şəкi, Zəngilan şivələrində “yayda mal-qara saxlamaq
üçün ətrafı hasarlanmış üstü açıq yеr” mənasında işlənir: Ramazan
inəx`ləri ağıla salıb darvazanı bərkitdi (Balakən); Bala, malları sal
ağıla (Zəngilan); Mən bu ağıla qoyun salmaram (Cəbrayıl). Ağıl sö-
zü Azərbaycan dilinin Əli Bayramlı şivəsində “qışlaqda qoyunlar
Azərbaycan dilinin dialekt leksikası
49
üçün qamışdan tikilmiş yer”, Şəki dialektində “tövlə” mənasını ifadə
edir: Ağıl çox mö:kəm tikilmişdi, içəri heç külək də keçməzzi; İneyi
ağıla bağli:f qavağına ot töhdü (7, 14).
İ.Z.Eyuboğlu qeyd edir ki, fars dilində âğâl, âğıl şəkillərində qeyd
olunan bu söz “Divanu lüğat-it türk” əsərində ağıl şəklindədir. G.
Doerfer ilə H.Erən ağıl sözünün türkcə olduğu fikrindədirlər (80, 12).
Monqol dilində istifadə olunan ayil sözü də türk dilindəki ağıl sö-
zünün dəyişmiş şəklidir: ağıl >ağil >ayil (78, 3). Ağıl sözü türk ədə-
bi dilində Azərbaycan dili dialektlərində qeyd olunan “yayda mal-
qara saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yеr” mənasını ifadə
edir (75, 18): Yaylada çam kütüklerinden yapılmış ağıllara bitişik,
topraktan yükseğe kurulu tek odalı evler hatırından çıkmadı gitti
(134, 11). Həmin leksik vahid Azərbaycan ədəbi dilində də işlənir:
Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mə-
ləşirdi (İ.Əfəndiyev) (10, 59).
Bu söz “Kitabi-Dədə Qoqud”un dilində “qoyun saxlanan yer”
mənasında işlənmişdir: Ağılıη qapusunı bərkitdi (43, 43). Ağıl sözü
başqa dillərə də türk dilindən keçmişdir.
Dam. Bu leksik vahid Azərbaycan dili şivələrində “tövlə” (Gən-
cə, Göyçay, Karvansaray, Kürdəmir, Qazax, Sabirabad, Salyan, Şəki,
Şəmkir, Şuşa, Tərtər), “qazma” (Borçalı), “hər cür tikili, bina” (Cəb-
rayıl, İmişli, Kürdəmir) mənalarında işlənir: Cücələr damın küncünə
yığışmışdı (Salyan); Bahar, malları dama sal, ot tök (Şəki); Heyvan-
narı dama doldırdım (Şuşa); Qoyunnarı dama salmışam (Karvansa-
ray); Keçmişdə qışda kət-dilər damda olardı (Borçalı); Dam deyərük
daş əvə, kərpic əvə (İmişli); Toy damı tix`məx` çox çətindi (Cəbrayıl);
Bizdə bişir-düşüri damda eliyəllər (Kürdəmir) (7, 113).
Türk ədəbi dilində dam sözü “tövlə” - Öküzün damını alçacık
yapın( Pir Sultan Abdal), “kiçik bina” - Dördü de silâhlarını bırakıp
etrâfıma, damın toprak zemînine çömeldiler (Refik H.Karay) mənala-
rında işlənir (68, 623). Türk dilində dam sözünün “hər cür tikili” mə-
nası da səciyyəvidir: Çuvalı tandır damının önüne bıraktı (135, 23).
Bu söz qədim türk dili abidələrində dam>tam şəklində işlənib
(103, 60). Fars dilində dâm sözünə “tələ” mənasında təsadüf edilib
(95, 850). Tam sözünə “dam” mənasında qazax dilində də təsadüf
|