Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri tələyə düşəcəklər. (Tur surəsi, 42) Bu, bəlkə də tarixin gördüyü ən böyük məğlubiyyətdir. Materialistlər özlərincə böyüklənərkən, əslində böyük bir oyuna gəlmişlər, Allaha qarşı çirkin bir cəsarət göstərərək açdıqları döyüşdə qəti olaraq məğlub olmuşlar. "Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar." (Ən'am Surəsi, 123) ayəsi Yaradıcımıza baş qaldıran bu kimi inkarçıların necə bir şüursuzluq içində olduqlarını və necə bir sonla qarşılaşacaqlarını ən açıq şəkildə xəbər verir.