Hisslərin Beyində Meydana gəldiyi Fəlsəfə Deyil, Elmi Həqiqətdir
Materialistlər, burada izah etdiklərimizin fəlsəfi bir görüş olduğunu iddia etməkdədirlər. Halbuki bizim "xarici dünya" dediyimiz şeyin bir hisslər bütünü olduğu, bir fəlsəfə deyil, elmi bir həqiqətdir. Görünüşün və hisslərin beyində necə meydana gəldiyi, bütün tibb fakültələrində detallı şəkildə oxudulmaqdadır. Başda müasir fizika olmaq üzrə 20-ci əsr elminin ortaya qoyduğu həqiqətlər, maddənin konkret bir həqiqətə sahib olmadığını, hər kəsin bir mənada "beynindəki ekran"ı izlədiyini açıqca göstərməkdədir.
Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa bir görüşə ya da düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist özündə Allahın varlığını inkar edə bilər amma bu elmi gerçəyi inkar edə bilməz.
Yaşadıqları dövrlərin elm anlayışı və elmi imkanları qeyri-kafi də olsa, Karl Marks, Friedrich Engels, Georges Politzer və digərlərinin bu qədər asan və açıq bir gerçəyi qavraya bilməmələri, yenə də təəccüblüdür. Amma indiki vaxtda elmin və texnologiyanın imkanları son dərəcə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu gerçəyin qavranmasını daha da asanlaşdırmaqdadır. Materialistlər isə, həm qismən də olsa bu mövzunu qavramanın, həm də bu mövzunun öz fəlsəfələrini nə qədər qəti bir şəkildə çökdürdüyünün fərqinə varmanın verdiyi böyük bir qorxu içindədirlər.