Bu nöqtəyə qədər izah etdiklərimizlə birlikdə, həqiqətdə "üç ölçülü bir məkan"ın var olmadığı, bunun tamamilə hisslərdən qaynaqlanan bir ön fikir olduğu və bütün həyatın "məkansızlıq" içində sürdüyü qətilik qazanmaqdadır. Bunun əksini iddia etmək, ağıldan və elmilikdən uzaq bir batil inanc olacaq. Çünki fiziki bir dünyanın varlığına dair əldə etibarlı heç bir dəlil yoxdur.
Bu vəziyyət, təkamül nəzəriyyəsinin də təməlini meydana gətirən materialist fəlsəfənin birinci fərziyyəsini çürüdür. Bu fərziyyə, maddənin mütləq və sonsuz olduğunu iddia edir. Materialist fəlsəfənin ikinci fərziyyəsi isə, zamanın mütləq və sonsuz olduğudur ki, bu da digəri qədər batil bir inancdır.
Zaman Hissi
Zaman dediyimiz hiss, əslində bir anı bir başqa anla müqayisə etmə üsuludur. Bunu bir örnəklə açıqlaya bilərik. Bir cisimə vurduğumuzda bundan müəyyən bir səs çıxar. Eyni cisimə beş dəqiqə sonra vurduğumuzda yenə bir səs çıxar. Adam, birinci səs ilə ikinci səs arasında bir müddət olduğunu düşünər və bu müddətə "zaman" deyər. Halbuki ikinci səsi eşitdiyi anda, birinci səs yalnız zehinindəki bir xəyaldan ibarətdir. Yalnız yaddaşında var olan bir məlumatdır. Adam, yaddaşında olanı, yaşamaqda olduğu anla müqayisə edərəkzaman hissini əldə edər. Əgər bu müqayisə olmasa, zaman hissi də olmayacaq.
Eyni şəkildə adam, bir otağa qapısından girib sonra da otağının ortasındakı bir kresloya oturan bir insanı gördüyündə, müqayisə edər. Gördüyü insan kresloya oturduğu anda, onun qapını açması, otağının ortasına doğru getməsi ilə əlaqədar görünüşlər, yalnız beyində iştirak edən bir məlumatdır. Zaman hissi, kresloya oturmaqda olan insan ilə bu məlumatlar arasında müqayisə edilərək ortaya çıxar.
Məşhur fizikaçı Julian Barbour, zamanın tərifini belə verməkdədir:
Zaman əşyaların mövqelərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Bir rəqqas yellənər, saatın qolları irəliləyər. 13
Qısacası zaman, beyində saxlanan bəzi xəyallar arasında müqayisə aparılmasıyla var olmaqdadır. Əgər bir insanın yaddaşı olmasa, beyni bu cür şərhlər etməz və dolayısilə zaman hissi də meydana gəlməz. Bir insanın "mən otuz yaşımdayam" deməsinin səbəbi, beynində söz mövzusu otuz ilə aid bəzi məlumatların yığılmış olmasıdır. Əgər yaddaşı olmasa, ardında belə bir zaman hissəsi olduğunu düşünməyəcək, yalnız yaşadığı tək bir "an" ilə həmsöhbət olacaq.