Xacə Nəsirəddin Tusi (1201-1274). Həyatı


Südəmər bir uşaq tutmamış maya



Yüklə 23,33 Kb.
səhifə3/5
tarix29.12.2021
ölçüsü23,33 Kb.
#48696
1   2   3   4   5
Xacə Nəsirəddin Tusi

Südəmər bir uşaq tutmamış maya

Tutmayın siz axmaq, xəstə bir dayə,

Süd ilə bədənə girərsə zəhər

O, bədəndən yalnız öləndə çıxar.

Uşaq süddən ayrıldıqdan sonra onu tərbiyə etmək, nizam-intizamı öyrətmək lazımdır. Uşağın təbiətində həmişə fitri nöqsanlar var, tərbiyə vasitəsilə vaxtından əvvəl onun qarşısını almaq lazımdır ki, onun əməlləri pis vərdişə çevrilib, qəlbində kök salmasın. Onun əxlaqını saflaşdırmaq üçün uşaqda özünü biruzə vermək istəyən nəcib keyfiyyətləri təkmilləşdirmək, inkişaf etdirmək lazımdır. Uşaqları erkən yaşdan mehribanlıq, məhəbbət doğuran kəlamlarla tərbiyə etmək lazımdır - xüsusilə ağıla, idraka, şüura təsir edən başa salmaq yolu ilə, yəni, inandırma yolu ilə. Onları sadə geyimə, sadə yeməyə öyrətmək lazımdır. Tusi yazır ki, kiçik yaş dövründə uşaqlar çoxlu səhvlərə yol verirlər. Qəbahətli işlər görər, çox zaman yalançı və paxıl, oğru, xəbərçi və tərs ola bilər. Uşağı körpəlikdən tərbiyə etmək, sonra təlimə başlamaq lazımdır. Burada tərbiyəvi şerlər, kəlamlar öyrətmək lazımdır. Uşağı çoxlu danlamaq da olmaz. Uşağı çox danlayanda sırtılır, sonra qəsdən pis hərəkətlər edər ki, qarşısındakını əsəbiləşdirsin.

Uşaqların tərbiyəsində mədəni-gigiyenik adət və vərdişlərin tərbiyəsinə xüsusi fikir verilməlidir. Uşağın xoşuna gəlsin deyə ona rəngarəng, ləzzətli xörəklər vermək lazım deyil. Bu uşaqda qarınqululuq və ləzzətli yeməyə hərislik tərbiyə edir. Onlara orta bir yemək vermək lazımdır ki, bu həm yoxsullara, həm də varlılara aiddir. Uşağa səhər yeməyini az və yüngül vermək lazımdır. Əgər uşaq səhər-səhər çox yesə onu yuxu basar, zehni kütləşər. Bu yaşda uşağa az ət vermək lazımdır. Əgər az ət yesə onda çeviklik, oynaqlıq, şənlik meylləri daha güclü olar. Xörək arasında su içmək də olmaz. Uşağı nalayiq söz, şit zarafat olan yerdən uzaq saxlamaq lazımdır.

Uşağı qorxu hissindən uzaq saxlamaq lazımdır. Qorxaq uşaqlar pis iş tutanda cəzalanacağından qorxub, əsil həqiqəti demir, uşağı elə etmək lazımdır ki, o, öz sirrini valideynlərindən gizlətməsin. Uşağı yatağanlığa öyrətmək lazım deyil, yatağanlıq insanda süstlük, tənbəllik yaradır. Uşaqlara yumşaq paltar geyindirməməli, onun bədəni möhkəm olsun deyə yatağı və paltarı cod olmalıdır. Böyüklərə tərbiyə hissi tərbiyə edilir ki, lovğalığa qarşı mübarizə aparılmalıdır. Az danışmağı erkən yaşdan uşaqda tərbiyə etmək lazımdır. Uşaq az danışsın, böyüklərin danışmağına qulaq assın. Nalayiq sözlər danışmaq, söyüş söymək, yersiz danışmaqdan çəkinməlidir.

N.Tusi cəza tədbirindən də istifadə etməyi lazım bilir. Uşaqları pula, qızıla, gümüşə hərislikdən qorumaq lazımdır. Bunlarda olan zəhər heç əfi ilanda da yoxdur. Tusi uşaq oyununa da böyük əhəmiyyət verir. Uşaq hər vaxt oynamaq istəsə, ona icazə verilməlidir. Lakin oyun gözəl olmalıdır. Onun uşağa xeyri olmalıdır. Oyun yorucu olmamalıdır. Oyun uşağı yorub əldən salmamalı, qanını qaraltmamalı, zehnini kütləşdirməməlidir. Tusi oğlanlarla bərabər qızların da tərbiyəsinə xüsusi fikir verir, onların həyalı, ismətli, vüqarlı böyüdülməsini zəruri sayır.

Hərəkət qaydalarından danışarkən qeyd edir ki, çox yüngül yeriyib tələsmək yelbeyinliyə dəlalət edir. Çox ağır yerimək tənbəlliyə dəlalət edir. Təkəbbürlü adamlar kimi özünü çəkə-çəkə yeriyəndə o tərəf bu tərəfə baxmamalı, bu gözü dağınıq, huşu özündə olmayan adamlara aiddir, həmişə başı aşağı getməməli, orta həddi gözləmək lazımdır. Oturaq qaydaları da belədir, başı dizi üstə qoymamalı, burnunu qurtdalamamalı, bərkdən əsnəməməli, adamların qabağında uzanmamalı, tüpürməməli, məclisdə öz yerini tanımalıdır.

Yemək qaydalarından danışarkən məsləhət görür ki, əl-üzü yuyandan sonra süfrə başına gəlməli, yeyərkən üst-başını bulamamalı, ağzını çox iri açmamalı, barmaqlarını yalamamalıdır. Xörəyin rənginə diqqətlə baxmamalı, onu iyləməməli, seçməməli, ləzzətli xörək azdırsa, ləlöyünlük etməməli, əli yağlı çörəyə-duza vurmamalı, çörək yeyəndə başqasının üzünə baxmamalı, əgər xörəkdən tük çıxarsa, onu elə etməlidir ki, heç kim görməsin.

Adamların yanında dişində qalmış əti çıxarmamalı. Bu qaydalar bu günümüz üçün də zəruridir. N.Tusinin tərbiyə-təlim və əxlaq məsələlərinin izahına dair maraqlı fikirləri bu gün də öz əhəmiyyətini itirməmiş, uzun illər keçməsinə baxmayaraq, xüsusi məna kəsb edərək müasir olaraq qalmışdır. O, uşaqların inkişafında irsiyyət, mühit və tərbiyə amillərini əsas götürür.




Yüklə 23,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin