Xam pambığın anbarlarda saxlanmasından əvvəl qurutma prosesi Quruducu agentin temperaturunun xam pambığın qurutma prosesinə təsiri



Yüklə 0,95 Mb.
səhifə1/9
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#42374
  1   2   3   4   5   6   7   8   9
Mirzeyev Samir 517a3 Pambiq


Xam pambığın anbarlarda saxlanmasından

əvvəl qurutma prosesi



Quruducu agentin temperaturunun xam pambığın qurutma prosesinə təsiri.

Pambığın qurudulma proseisndə pambığın keyfiyyətinin –təbii xassələrinin saxlanması ən vacib və aktual problemdir. Pambığın qurudulma prosesində lifin möhkəmliyinin və uzunluğunun saxlanması həmin qurudulma prosesinin necə keçməsindən asılıdır.

Nəmliyi 9%-dən yuxarı olan pambığı emal edərkən lif və çiyidin keyfiyyəti aşağı düşəcək. Bunu da nəmliyi normadan artıq olan pambığın çətin təmizlənməsi ilə izah etmək olar.Pambığın nəmliyiin yüksək olması özünü sonrakı proseslərdə də büruzə verir. Pambığın ilkin emalının sonrakı prosesində çinləmə prosesində çiyidin əzilməsi baş verir və nəticədə lifdə qüsurlar artır. Beləliklə lifin keyfiyyəti aşağı düşür.

Pambığın əsas xassələrindən biri də onun mexaniki xassəsidir: möhkəmliyi, elastikliyi, plastikliyi. Bu xassələr pambığın emalı zamanı lif və çiyidin deformasiyaya,dağılmağa qarşı müavimətini artırır. Qurudulma prosesinin təcrübəsi göstərir ki, pambığın qurudulması zamanı qurutmanın buraxıla bilən normadan qaldırılması pambığın mexaniki xassələrinə təsir edir.


Lif və çiyidin təbii keyfiyyətinin saxlanması pambığın qurudulması prosesinin keyfiyyətindən asılıdır. Nəticə etibarı ilə lif və çiyid təyin olunmuş qızma və qurutma temperaturuna davam gətirməlidir. Buna görə də elə qurutma üsulundan istifadə etmək lazımdır ki, istilik və nəmliyi tənzimləmək mümkün olsun.Proses zamanı lifin möhkəmliyinin və uzunluğunun maksimum saxlanması lazımdır.

10% nəmlikfə pambığın ayrı- ayrı komponentləri üzrə həcmi: lif-7%,çiyidin nüvəsi-9%, qabıq-18% təşkil edir. Lif çiyidə nisbətən tez quruyur,hətta qısa müddətdə onun nəmliliyi buxarlanır. Ancaq ola bilər ki, bu müddətdə çiyidin nəmliliyi az aşağı düşsün. Ona görə də pambığın qurudulması prosesində qızma temperaturu və onun komponentləri əsas rol oynayır. Aparılmış təcrübələr nəticəsində pambığın qızma temperaturu elə qurulur ki, hansı ki, həmin temperaturda pambıq lifinin və çiyidinin təbii keyfiyyəti saxlanılsın. Qurudulma prosesində quruducu agentin temperaturunun lif və çiyidin keyfiyyətinə təsiri böyükdür. Beləki, pambığın qurudulması zamanı əkin üçün nəzərdə tutulmuş çiyidin qızma temperaturu 700C lifin qızma temperaturu 1050C-dən yuxarı keçməməlidir.Əkin üçün nəzərdə tutulmuş çiyidin çox qızması onun çüçərmə qabiliyyətini aşağı salır. Texniki çiyidin çox qızması isə onun yağlılığını azaldır. Pambıq lifinin çix qızması onun möhkəmliyini,uzunluğunu və əyilməyə müqavimətini azaldır.Pambıq lifinin çix qızması onun möhkəmliyini,uzunluğunu və əyilməyə müqavimətini azaldır.






Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin