Xam pambığın anbarlarda saxlanmasından əvvəl qurutma prosesi Quruducu agentin temperaturunun xam pambığın qurutma prosesinə təsiri


Xam pambığın öz-özünə qızmasının qarşısını almaq üçün tədbiq olunan üsullar



Yüklə 0,95 Mb.
səhifə9/9
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#42374
1   2   3   4   5   6   7   8   9
Mirzeyev Samir 517a3 Pambiq

Xam pambığın öz-özünə qızmasının qarşısını almaq üçün tədbiq olunan üsullar. Xam pambığın öz-özünə qızmasının qarşısını almaq üçün stasionar qurğu vasitəsilə tunellərdən və havanı çəkən kanallardan havanın sovrulması həyata keçirilir.Stasionar qurğular vasitəsilə havanın çəkilməsini tayanın hündürlüy 2-2,5 m çatdıqda həyata keçirmək olar. Hava sorma stasionarları olmadığı hallarda çəkilməsi pambıqda qazılmış tunellərlə həyata keçirilir.Sovrulmanın həyata keçirilməsi zamanı qurğunun işləmə müddəti 8-10 saatdan az olmamalıdır. Pambığın öz-özünə qızışması zamanı havanın tayadan sovrulması xam pambığın ölçülən nöqtələrində havanın temperaturu ətraf mühitin temperaturasına çatana qədər həyata keçirilir.

Tədqiqat işlərinin nəticələrinə uyğun olaraq, pambıq zavodları və onların tədarükməntəqələri qəbul edilmiş xam pambığı seleksiya və sənaye sortu üzrə eyni partiyalara komplektləşdirməli,tədarük edilmiş xam pambığı düzgün saxlamalı və ya xam pambığın korlanamsının və itkisinin qarşısını alan tədbirləri həyata keçirməli və quruducu təmizləyici sexlərin fasiləsiz işinə təmin etməlidirlər.

Toxumluq xam pambığın saxlanamsı onun keyfiyyət göstəriciləri olan sortundan, nəmliyindən və qəbulundan asılı olmayaraq, anbara yığılması və saxlanılmasının müasir texologiyası praktiki olaraq eynilə adi pambıqda olduğu kimi həyata keçirilir. Toxumluq xam pambıq dinc vəziyyətində,yəni tayda olsa da, həyat prosesi dayanmır, ləng də olsa daima rüşrymn hüceyrəsinin həyatını təmin edən maddələr mübadiləsi gedir. Belə ki, adı çıkilən mübadilənin düzgün gedişatı,tamlqıla toxumların cücərmə anından əvvəl hansı mühit şərtləri altında olmasından asılıdır. Mübadilə prosesi ətraf mühitdən,yəni taya saxlanma temperaturundan asılı olaraq sürətlə və ya ləng gedə bilər. Toxumların saxlanma müddətində daha əlverişli şərait yaratmaqla onların keyfiyyətini yaxşılaşdırılması effektini də gözləmək olar

Uzun illər aparılmış tədqiqatlar əsasında yığımdan sonrakı profilaktikadan keçməyən toxumların əkilməsi zamanı cücərtilərin nizamsız olması, vaxta görə uzaldılması və xam pambığın yığılmasının müxtəlif fazalarda baş verməsi müşahidə olunur.

Toxumluq xam pambıqda yüksək sıxlığın nəticəsində havanın toxumlara girişi çətinləşir və onunla əlaqədar toxumlar yalnız onlarda nəmliyin miqdarının azaldılması şəraitində saxlanıla bilər.

Tayaya yığılmış temperatur komplektləşdirnə dövründə maksimal hava temperaturuna çatır, xüsusi ilə də o mərkəzdə yüksək səviyyədə qalır. Bu cür yüksək temperaturun sabit saxlanılması tayanın mərkəzində havalandırmanın tamamilə olmamasına dəlalət edir. Tayanın özünün mərkəzində və əsasında saxlanılan toxumluq xam pambığın daha az məhsuldarlığa malik olması 5-6 aydan artıq saxlama müddəti zamanı yüksək temperaturun mənfi təsiri ilə izah olunur. Saxlanma zamanı xam pambığın nəmliyi nə qədər yüksək olsa, bir o qədər də əkin vaxtına toxumların toxumların cücərmə enerjisi aşağı düşür. Nəticə etibarı ilə, xam pambığın nəmliyi 12% dən çox olduqda toxumların yetişmə prosesi ləngiyir.

Nəmliyi 9-10% olan əkin pambığı üçün optimal saxlanma şəraiti 18-240 C temperaturdur. Hətta 280 C temperaturda 9%-lik nəmliyində xam pambığı uzun müddət (5-6 ay) saxlamaq arzu olunan deyil.

Təzə yığılmış toxumları 40-500 C temperaturda qeyri davamlı qızmaya və ya günəş vasitəsilə qurutmaya məruz qoyduqda,yetişmə dövrünü kəskin şəkildə qısaltmaq olar. Toxumların münasib vaxtda qış qurutması onalrın tarlada cücərmə qabiliyyətini, həyat qabiliyyətini və davamlılığını artırır.

Uzun müddətli və ya qısa müddətli qurutma,toxumların parametrlərinə müsbət təsir göstəriri o şərtlə ki, o əkindən əvvəl yerinə yetirilsin. Saxlanmaya gətirilən toxumluq xam pambığın nəmliyinin 9%-dən artıq olmaması bütün çiyid kütləsi təbəqəsinin bərabər olması,eləcə də mütləq şəkildə günəş və ya termik qurutma texnologiyasının həyata keçirilməsi aparılan tədqiqatlar nəticəsində mümkün olmuşdur.

Lakin mövcud qəbuletmə praktikasında toxumluq xam pambığın komplektləşdirilməsi və saxlanması xüsusi metodika üzrə həyata keçirilmir və nizamlanmış texnoloji prosesdə bütün əkin kütləsinin bərabər şəkildə nəmliyini təmin edən və toxumların yetişməsinə şərait yaradan və pambıq məhsullarının keyfiyyətli şəkildə saxlanılmasını təmin edən texnika və texnologiya nəzərdə tutulmayıb.



Təcrübi araşdırmalarımızın nəticələri göstərir ki, xam pambığın toxumunun öz-özünə yetişməsi prosesinin meydana gəlməsi zamanı tayanın cismindən havanın profilaktik sovrulması nəticəsində fiziki-mexaniki xüsusiyyətlərinni saxlanması şərti ilə saxlanılan xam pambığın yüksək keyfiyyəti təmin edilir.
Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin