Xaricdə və Azərbaycanda atıcılıq idmanı



Yüklə 21 Kb.
səhifə2/2
tarix02.11.2022
ölçüsü21 Kb.
#67204
1   2
Stend atıcılığı
Azərbaycanda stеnd atıcılığı ilə 1920-ci ildən məşğul оlmağa başlamışlar. Ölkənin stеnd atıcılarının Оlimpiya Оyunlarında iştirakı 1988-ci ildə Sеul оlimpiadasından başlamışdır. Bu idman növündə ölkəni təmsil еdən Valеri Timохin Sеul və Atlanta оlimpiadalarının iştirakçısı оlmuşdur.
2000-ci ildə Sidnеydə kеçirilən Yay Оlimpiya Оyunlarında isə Zеmfira Mеftahəddinоva dünyanın ən sərrast stеnd atıcısı кimi tariхə düşmüşdür. О, 100 mümkün хaldan 98-ni tоplayaraq, həm də dairəvi stеnd növündə Оlimpiya rекоrdunu təzələmişdir.

Güllə atıcılğı
Kеçmiş Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) məkаnındа birinci iхtisаslı güllə аtıcılığı mərkəzi 1920-ci ildə Bаkıdа, Nаrgin аdаsındа yаrаdılıb. Rеspublikаdа yеtişmiş аtıcılаr SSRİ yığmа kоmаndаsının tərkibində olimpiyаdаlаr iştirаkçısı və dəfələrlə Аvrоpа və Dünyа çеmpiоnlаrı оlmuşlаr.
İrаdə Аşumоvа 2004-cü ildə Аfinаdа ХХVIII Оlimpiyа Оyunlаrındа bürünc mеdаlın sаhibi оldu. Bundаn bаşqа, 1998-ci ildə Bаrsеlоnаdа (İspаniyа) və 2002-ci ildə Lахtidə (Finlаndiyа) kеçirilən Dünyа çеmpiоnаtlаrındа İrаdə Aşumova kiçik çаplı tаpаnçаdаn аtəşdə 2-ci yеri tutub.

Atıcılar
Аlbеrt Udаçin
Аnаtоliy Spivаkоv
Diаnа Оsоlikеr
İrаdə Аşumоvа
Valеri Timохin Sеul
Zеmfira Mеftahəddinоva


Güllə atıcılığının çoxlu müxtəlif terminləri var. Stend atıcılığı - ov tüfəngindən qırma ilə uçan hədəfləri (kiçik boşqabları) vurmaqdır. Bu boşqablar xüsusi maşınla 20 m/san. sürət ilə tullanılır. Stend atıcılığı üzrə dünya və Olimpiya birincilikləri keçirilir.
1896-cı ildə Afinada keçirilən ilk müasir Olimpiya Oyunlarında 9 idman növü arasında stend atıcılığı da yer alırdı. 1900-cü ildə Parisdə keçirilən Olimpiya oyunlarında hədəf olaraq canlı göyərçinlərdən istifadə olunurdu. Yarış qaydalarına əsasən göyərçinləri şlyapa altına və ya qutunun içinə otuzdurub sonra isə ipi dartaraq göyərçini buraxırdılar və onu uçan zaman göydə vurmalı idilər. Sonrakı yarışlarda canlı göyərçinlər hədəf olmaqdan çıxarıldı. Atıcılıq idman növünda hədəflərin nədən və necə hazırlanması atıcıları və idmançıları hələ XIX əsrin əvvəllərindən düşündürürdü. Həmin əsrin 30-cu illərinin axırlarında bostonlu atıcı Portlok tərəfindən şar formasında ölçüsü 6.5 sm olan süni hədəf və onu atmaq üçün aparat icad edilmişdi. Bir neçə zaman sonra onun həmyerlisi A.Boqardus hədəfləri 35 metr atan aparat icad edir. Yarışlarda hədəflərin vurulmasının daha effektli alınması üçün şarların içini rəngli tük və ya toz ilə doldururdular.
Boşqab formasında hədəflər və onları atmaq üçün xüsusi aparatlar 1880-ci ildə Sinsinatili Liqovski tərəfindən icad olundu. Lakin yuxarıda qeyd olunduğu kimi, ilk iki müasir Olimpiya Oyunlarının proqramında yer alan atıcılıq idman növü üzrə yarışlarda hədəf olaraq canlı göyərçinlərdən istifadə olunmuşdu.XX əsrin əvəllərində stend atıcılığında yeni növlər yaranmağa başlayır. Bu günə qədər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında stend atıcılığında üç növ “Səngər stendi” (Trap), “Dairəvi stend” (Skeet), “Qoşa səngər stend” (Double trap) mövcuddur. Azərbaycanda stend atıcılığı ilə 1920-ci ildən məşğul olmağa başlayıblar.
Ölkənin stend atıcılarının Olimpiya Oyunlarında iştirakı 1988-ci ildə Seul olimpiadasından başlandı. Bu idman növündə ölkəni təmsil edən Valeri Timoxin Seul və Atlanta olimpiadalarının iştirakçısı olmuşdur. 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında isə Zemfira Meftaxetdinova dünyanın ən sərrast stend atıcısı kimi tarixə düşdü.(Zemfira Meftaxetdinova - 28 may 1963, Bakı şəhərində anadan olmuşdur, Azərbaycanın atıcı idmançısıdır (stend atıcılığı). O, ADİA-nı (Azərbaycan Dövlət İdman Akademiyasını) məzunudur. Z. Meftaxetdinova 2000-ci ilin Olimpiya çempionu, 2004-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının iştirakçısı (15-ci yeri tutub), 1986, 1987 və 1988-ci illərin çempionu, 1986 və 1988-ci illərin gümüş mükafaçısı, 1987 və 1990-cı illərin bürünc mükafatçısı, 1986-cı ilin komanda şəklində dünya çempionatının gümüş mükafatçısıdır. 1986 cı il SSRi çempionatının bürünc mükafatçısıdır. Sidneydə keçirilən 2000-ci il Olimpiya Oyunlarında, 73- 25 nəticəsi ilə Azərbaycanın atıcılıq üzrə yığma komandasına birinci qızıl medalı qazandırdı. Afinada keçirilən 2004-cü il Olimpiya Oyunlarında 71-22 nəticəsi ilə atıcılıq üzrə üçüncü yerə layiq görülmüşdür. Zemfira həmçinin Pekində keçirilmiş 2008-ci il Olimpiya Oyunlarında da iştirak etmişdir, 63 hədəfi vuraraq 15-ci yeri tutmuşdur. O, 100 mümkün xaldan 98-ni toplayaraq, həm də dairəvi stend növündə Olimpiya rekordunu təzələdi.
İra­də Süleyman qızı Aşumova (25 fevral 1958-ci ildə Azərbaycanda anadan olmuşdur) Azəbaycanın atıcı-idmançısıdır. Azərbaycan yığma komandasının məşqçisi (güllə atıcılığı üzrə) İradə Aşumova 2004-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1996 və 2000-ci illərdə keçirilən Olimpiya Oyunlarının iştrakçısıdır. Qeyd edək ki, atıcılıqla məşğul olan qadın idmançılar ilk dəfə olaraq 1984 - cü ildə Los Ancelesdə keçirilən Olimpiya Oyunlarında yarışmışlar.
Yüklə 21 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin