Xəbər bülleteni № 10
http://transparency.az/cnews/
Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az
Oktyabr 2015
01.10.2015
Prezident İlham Əliyev sentyabrın 30-da sərəncam imzalayaraq Baş Prokurorluğun 4 əməkdaşına III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsi verib:
Rəcəbov Nazim Hafiz oğlu – Kadrlar İdarəsinin rəisi;
Abbasov Elşən Akif oğlu – Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəisi;
Məcidov Ramil Abbas oğlu – Ədliyyə və Vergilər Nazirlikləri, Dövlət Gömrük Komitəsinin İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəisi;
Məmmədov Anar Rəhim oğlu – Müraciətlərə Baxılması İdarəsinin rəisi.
Dövlət başçısının digər sərəncamı ilə prokurorluğun bir qrup əməkdaşı təltif edilib. 4 nəfər “İgidliyə görə” medalı, 21 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı alıb.
Oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu əməkdaşlarının peşə bayramıdır. Azərbaycanda prokurorluq orqanları 1 oktyabr 1918-ci ildə yaradılıb.
Dostları ilə paylaş: |