Xarici ticarət əlaqələrinin yeni statistikası
15.10.2015
Oktyabrın 15-də Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında məlumat yayıb. Qeyd olunur ki, 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul göndərilib, 129 ölkədən məhsul alınıb. Xarici ticarət əlaqələri 45 Avropa ölkəsini, 28 Amerika ölkəsini, 41 Asiya ölkəsini və 30 digər ölkəni əhatə edib.
Səkkiz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 17608,2 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 11709,5 milyon dollar, idxalın həcmi 5898,7 milyon dollar olub, nəticədə 5810,8 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 1078,9 milyon dollar olub.
Dostları ilə paylaş: |