9 ayda 4566 hüquqi şəxs yaradılıb
15.10.2015
Dövlət Statistika Komitəsi bəyan edib ki, 2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə 4566 hüquqi şəxs (onların nümayəndəlik və filialları) yaradılıb. Yeni hüquqi şəxslərin 53,4 faizi Bakıda, hər birində 11,9 faiz olmaqla Lənkəran və Aran iqtisadi rayonlarında, 8 faizi Abşeron, 5,6 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Rəsmi açıqlamaya görə, yanvar-sentyabr aylarında ölkənin vergi orqanlarında 52979 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.
Dostları ilə paylaş: |