Rusiya hökumətinin ixtisarı layihəsi hazırlanıb
16.10.2015
Rusiya hökumətində struktur islahatları layihəsi hazırlanıb. Məlumatı oktyabrın 16-da Rbc.ru saytı yayıb. Transparency.az bildirir ki, dekabrın 1-nə qədər Rusiya prezidentinə təqdim olunacağı vurğulanan layihədə nazirliklərin sayını 21-dən 15-ə düşürmək, 11 federal agentliyin ləğvi nəzərdə tutulur.
Layihəyə əsasən, 9 federal nəzarət qurumu yaradılacaq. Həmin qurumların birbaşa hökumətə tabe olması planlaşdırılır.
Hökumətdəki mənbələr iddia edir ki, Uzaq Şərqin İnkişafı Nazirliyi ilə Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi ləğv olunacaq. Struktur islahatları layihəsində Xarici İşlər Nazirliyinin həmçinin xarici iqtisadi əlaqələr və gömrük siyasəti məsələləri ilə məşğul olması da nəzərdən keçirilir.
Hesablamalara görə, struktur islahatları Rusiya hökumətinə 4,5 milyard rubla qənaət etmək imkanı verəcək.
Dostları ilə paylaş: |