Xəbər bülleteni №11


Burabay sammitində bəyanatlar və qərarlar qəbul edilib



Yüklə 5,79 Mb.
səhifə70/87
tarix02.01.2022
ölçüsü5,79 Mb.
#2231
1   ...   66   67   68   69   70   71   72   73   ...   87

Burabay sammitində bəyanatlar və qərarlar qəbul edilib


16.10.2015

AZƏRTAC Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində bu gün keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasından məlumat yayıb.

MDB Dövlət Başçıları Şurası əvvəlcə məhdud tərkibdə toplaşıb. Qurumun İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, məhdud tərkibli iclasda toplantının gündəliyi və reqlamenti təsdiqlənib, iki mühüm bəyanat — BMT-nin yaradılmasının 70 illiyi və beynəlxalq terrorizmlə mübarizə ilə əlaqədar MDB dövlət başçılarının bəyanatları qəbul edilib. Həmçinin MDB Dövlət Başçıları Şurasının növbəti iclasının 2016-cı il sentyabrın 16-da Qırğızıstanda keçirilməsi qərara alınıb.

Sonra Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 30 illiyi ilə bağlı dövlət başçılarının müraciəti müzakirə olunub. Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenkonun məlumatından sonra qəzanın 30 illiyi ilə əlaqədar MDB ölkələrinin birgə müraciətinin dünya ictimaiyyətinə çatdırılması təklif edilib və bununla bağlı qərar qəbul olunub.

Daha sonra iclasda MDB-yə üzv ölkələrin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Şurası və Hava Hücumundan Müdafiə Koordinasiya Komitəsinin rəhbərlərinin namizədliyi təsdiqlənib.

MDB Dövlət Başçıları Şurasının iclası sənədlərin imzalanması ilə yekunlaşıb.

Geniş tərkibdə iclasda Belarus prezidenti Aleksandr Lukaşenko MDB çərçivəsində xalqların və dövlətlərin dostluğuna verdiyi töhfəyə görə Qazaxıstan prezidenti Nursultan Nazarbayevə “Xalqlar Dostluğu” ordenini təqdim edib.





Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin