Xəbər bülleteni №16



Yüklə 4,84 Mb.
səhifə5/27
tarix03.02.2017
ölçüsü4,84 Mb.
#7342
1   2   3   4   5   6   7   8   9   ...   27

Naxçıvanda açılışlar


01.12.2015

Prezident İlham Əliyev dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib.

Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub. Burada 455 metr uzunluğunda beton kanal çəkilib. Yol boyunca 8 yerdə beton su keçidi, 38 yerdə boru su keçidi tikilib, lazımi yol nişanları və göstəriciləri qoyulub. Yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev Nehrəm kənd 2 saylı tam orta məktəbinin, Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəbinin açılışlarına da qatılıb.



nmr 3

Prezident: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”


02.12.2015

Prezident İlham Əliyev dekabrın 1-də Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib. Məlumata görə, 8 mərtəbəli, 300 çarpayılıq xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir, 130 həkim, 467 orta və kiçik tibb işçisi çalışır.



nmr-de 1aİlham Əliyev xəstəxananın kollektivi və Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib ki, Naxçıvanda səhiyyə infrastrukturunun yaradılması prosesi başa çatıb: “Bu günə qədər diaqnostika mərkəzi tikilib istifadəyə verilib, doğum mərkəzi tikilib və bütün rayonlarda müasir xəstəxanalar fəaliyyət göstərir. Bu da son bir mərhələ idi. Respublika xəstəxanası yaxşı vəziyyətdə deyildi, çoxdan tikilmişdi, köhnəlmişdi və yeni xəstəxananın tikilməsinə böyük ehtiyac vardı”.

Prezident qeyd edib ki, hökumətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır: “İnsan sağlamlığı üçün nə lazımdırsa edirik. Son illər ərzində ölkə üzrə 500-dən çox tibb müəssisəsi tikilib və təmir edilib. Ekologiya ilə bağlı məsələlər öz həllini tapır. Naxçıvanda bu problem yoxdur. Çünki burada çox gözəl, təmiz iqlim var. Amma bəzi yerlərdə, xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji tədbirlərin görülməsinə böyük ehtiyac vardı.

Ölkə üzrə içməli su layihələri icra edilir. Bu da insan sağlamlığı üçün çox vacib olan məsələdir. Şadam ki, Naxçıvan şəhərində də bu problem artıq öz həllini tapıb. Artıq bir müddətdir ki, sakinlər fasiləsiz olaraq təmiz içməli su alırlar. Kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində də işlər gedir. Bizim planlarımızda Naxçıvanın bütün rayon mərkəzlərində içməli su, kanalizasiya layihələri icra edilməsi də var və bu məqsədə çatacağıq”.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Naxçıvanda işlərin çox yaxşı getdiyini vurğulayıb: “Naxçıvanda infrastruktur məsələləri demək olar ki, həll olunub. Muxtar respublika əhalisinin 100 faizi uzun illər ərzində təbii qaz alır. Elektrik enerjisi ilə problem yoxdur. Şəhərlərarası yollar çəkilir, kənd yolları salınır. Yəni kompleks yanaşma bundan ibarətdir. Əlbəttə, sənaye və iqtisadi inkişaf elə olmalıdır ki, Naxçıvanın dayanıqlı inkişafı təmin edilsin. Çünki Naxçıvanın əhalisi artır, əhalinin sayı 450 min nəfərə çatıb. Əhalinin artımı, əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda, yeni inkişafı da şərtləndirir. Çünki artan əhali artan iş yerləri, yeni sənaye müəssisələri deməkdir”.

Prezident dünyada maliyyə-iqtisadi böhran, bəzi ölkələrdə siyasi-hərbi böhran hökm sürdüyünü, neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyünü xatırladıb: “Buna baxmayaraq Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir. Hətta böhranlı illərdə bu gözəl xəstəxanaya böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Naxçıvanın içməli su şəbəkəsinin yaradılmasına da çox böyük həcmdə həm dövlət vəsaiti ayrılıb, həm də xarici banklardan kreditlər götürülüb. Yəni biz bu siyasətdən kənarda qala bilmərik. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn ili də uğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcək”.

Həmin gün İlham Əliyev Naxçıvan Sənaye Kompleksinin, Naxçıvan Günəş Elektrik Stansiyasının açılışlarında, Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.


Prezident Administrasiyasının şöbə müdiri “Vətəndaşların müraciətləri haqqında” qanunu şərh edib


02.12.2015

suleyman ismayilov 1Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2015-ci il noyabrın 12-də imzalanmış “Vətəndaşların müraciətləri haqqında” qanunu AZƏRTAC-a şərh edib. Transparency.az-ın məlumatına görə, şöbə müdiri qeyd edir ki, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 1997-ci il qanunu 18 il bu sahədə əsas normativ hüquqi akt sayılıb və vətəndaşların müraciət etmək hüququna dair məsələləri tənzimləyib: “Əvvəlki qanun cəmi 13 maddə və 51 hissədən ibarət idisə, yeni qanun 17 maddə, 112 bənd və yarımbənddən ibarətdir. Müqayisə göstərir ki, bu qanuna əvvəlki redaksiyada olmayan bir sıra yeni maddələr, bəndlər və yarımbəndlər əlavə edilib. Yeni qanunda cəmiyyətin bütün strukturlarında, o cümlədən dövlət və bələdiyyə orqanlarında və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında, bir sözlə, müraciətə baxan subyektlərdə vətəndaşların müraciətlərinə baxılması prinsipləri və şərtləri, formaları, müddətləri və digər xüsusiyyətləri öz əksini tapıb.

Yeni qanunda əvvəllər hissə, yaxud bənd kimi verilən hər bir müddəa konkret və ardıcıl nömrələnmiş maddə kimi müəyyən edilərək daha dəqiq ifadə olunub, konstitusiyanın 57-ci və 94-cü maddələrinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnu əks etdirən bütün tələblər təsbit edilib. Bu hüquqların təsbit olunduğu 1-ci maddədə göstərilir ki, vətəndaşlar şəxsən və ya nümayəndəsi vasitəsilə, yazılı və şifahi şəkildə, sərbəst və könüllü surətdə, digər şəxslərin hüquqlarını pozmadan müraciət edə bilərlər və onların bu hüququ irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə və digər səbəblərə görə məhdudlaşdırıla bilməz.

Bundan sonra bu sahədə qanunvericiliyin nədən ibarət olduğu, həmçinin əsas anlayışlar müəyyən edilir. Qanunun “Əsas anlayışlar” adlı 3-cü maddəsində əvvəl cəmi üç anlayışın – təklif, ərizə və şikayətin izahatı var idisə, indi həmin anlayışlara bir sıra əlavələr edilib. Bu anlayışların sayı 15-ə çatıb və buna da təklif, ərizə və şikayət anlayışlarından savayı müraciət edən şəxs, müraciət, müraciətə baxan subyekt, müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi, müraciətə baxan subyektin vəzifəli şəxsi, şifahi müraciət, telefon müraciət xidməti, yazılı müraciət, elektron müraciət, kollektiv müraciət, təkrar müraciət, anonim müraciət kimi anlayışlar müəyyən edilərək onların tərifi verilib.

Qanunun yeni cəhətlərindən biri kimi “Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri” adlı 4-cü maddənin əlavə edilməsini göstərmək olar. Bu prinsiplər ilk növbədə qanunçuluğa riayət edilməsi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, müraciətlərə dair vahid tələblərin müəyyən edilməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, bu işdə ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi və vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır.

“Qanunun tətbiq dairəsi” adlandırılan 5-ci maddədə konkret müəyyən edilib və göstərilib ki, ölkənin konstitusiya qanunlarında, onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, digər qanunlarda başqa qayda müəyyən edilməyibsə, bu qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Bu maddədə konkret olaraq qanunun şamil edilmədiyi sahələr və həmin sahələrin hansı qanunvericilik aktları ilə tənzimlənməsi öz əksini tapıb.

Qanuna yeni daxil edilmiş mühüm maddələrdən biri də “Vətəndaşların müraciətlərinə dair tələblər” adlı 6-cı maddədir ki, bu maddədə müraciətlərin forması, yazılı müraciətlərdə göstərilməli əsas məlumatlar, bu məlumatlar olmadıqda, yaxud düzgün göstərilmədikdə onların anonim hesab edilməsi, elektron müraciətin verilmə qaydası və ona dair tələblər, rekvizitlərinin nədən ibarət olduğu dəqiq müəyyənləşdirilib. Vətəndaşlar bilməlidirlər ki, qanunun 6.9-cu maddəsində göstərildiyi kimi, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

Yeni qanunda vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası 7-ci maddədə öz əksini tapıb. Bu maddədə birmənalı olaraq göstərilir ki, müraciətlərə baxan subyektlər və onların vəzifəli şəxsləri müvafiq qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyatdan keçirməli, şəxs tələb etdikdə müraciəti haqqında məlumatları ona verməlidirlər. Burada müəyyən olunur ki, müraciət yalnız şəxsə əsaslandırılmış cavab verildikdə baxılmış hesab olunur və müraciətə dövlət dilində cavab verilir. Eyni zamanda cavab məktubunun hansı tələblərə cavab verməli olduğu, vətəndaşa müraciəti ilə əlaqədar lazımi izahatın verilməsi, cavablandırılmasının mümkünsüzlüyü halları və sair məsələlər öz əksini tapıb.

Qanunun “Müraciətin baxılmamış saxlanması” maddəsində həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ də konkretləşdirilib. 8.1.4-cü maddədə müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Lakin 8.2-ci maddədə göstərildiyi kimi, bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir.

Qanunun diqqəti cəlb edən əsas maddələrindən biri müraciətlərə baxılma müddətinin daha dəqiq göstərilməsidir. 9-cu maddədə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlər üzrə xidməti araşdırmanın 20 iş günü müddətində başa çatdırılmalı olduğu, əlavə məlumat tələb olunduqda isə bu müddətin dövlət orqanı rəhbəri tərəfindən 10 iş günü uzadıla bilməsi, ümumiyyətlə isə qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada, dövlət orqanları istisna olmaqla, müraciətlərə baxan digər subyektlərdə belə müraciətlərə 20 iş günü müddətində baxılmalı olduğu müəyyən edilib.

Müraciətlərə baxılma müddətləri əvvəlki qanunda olduğu kimi ən geci 15 iş günü, əlavə öyrənilməsi və yoxlanılması tələb edilən müraciətlər üçünsə 30 iş günü müəyyən edilib.

Yeni qanunun 12-ci maddəsi “Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri” adlanır və bu maddənin əsas mahiyyəti vətəndaşların müraciətlərinə baxılması sahəsində vəzifəli şəxslərin görməli olduğu işlərin konkretləşdirilməsidir. Burada müəyyən edilir ki, vəzifəli şəxslər vətəndaşların müraciətlərinə obyektiv və vaxtında baxılmasını təmin etməli, müraciətə görə vətəndaş təqib edilməməli, onun haqqında müraciətlə bağlı olmayan məlumat toplanmamalıdır və sair. Bu maddə əvvəlki qanunun 5-ci maddəsindəki müddəalara uyğun olsa da, qanunun 12.6-cı və 12.7-ci maddələrində dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu qanuna və “Prokurorluq haqqında” qanuna uyğun olaraq baxıldığı təsbit olunur. Bu cür müraciətlər prokurorluq orqanının səlahiyyətinə aid olmadıqda onlar 5 iş günü müddətində müraciət edən şəxsə qaytarılır.

Qanunun yeni müddəalarından biri də 15-ci maddə ilə müəyyən olunur və bu maddə “Canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri” adlanır. Burada göstərilir ki, canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparılmadan izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsi qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandıra bilər.

15.3-cü maddənin məzmunu da tamamilə yenidir və telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılmasının bu qanunun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirildiyini müəyyən edir.

Qanunun əsas maddələrindən biri də 16-cı maddədir və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən həmin maddədə konkret olaraq göstərilir ki, belə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllələrin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu ehtiva edir”.



Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin