“Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb
30.12.2015
Təhsil Nazirliyi dekabrın 29-da “Elektron təhsil” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimini keçirib. Edu.gov.az-ın məlumatına görə, müsabiqənin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa təşviq etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək olub.
“Müəllim” və “Şagird” istiqaməti üzrə 6 nominasiyada keçirilmiş müsabiqənin I mərhələsinə təqdim edilmiş 941 işdən 900-ü II mərhələdə qiymətləndirilməyə təqdim olunub və nəticədə 207 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işləri münsiflər heyəti onlayn qaydada qiymətləndirərək 14 qalibi və 18 fərqlənən işi müəyyən edib.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.
Dostları ilə paylaş: |