Manatın kursu yenə düşdü (Mərkəzi Bankın rəqəmləri)
23.12.2015
Azərbaycan manatının ucuzlaşması davam edir. Transparency.az bildirir ki, dekabrın 23-də Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5523 manata satılır (Məzənnə cədvəli).
Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərara əsasən, manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən amillərin təsirinə uyğun olaraq formalaşacaq, Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. İlk gün rəsmi kurs 1 dollara qarşı 1,5500 manat olub. Dekabrın 22-də isə Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5511 manata idi.
2015-ci ilin yanvar ayına kimi 1 dollara orta hesabla 0,7844 manat düşürdü. Fevral ayında, ilk devalvasiyaya qədər manatın dollara nisbətdə orta məzənnəsi 0,8605 manat həcmində qərarlaşmış, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilmişdi.
Dostları ilə paylaş: |