Xəbər bülleteni №18


Manat hansı valyutalardan ucuzdur?



Yüklə 6,14 Mb.
səhifə35/115
tarix02.01.2022
ölçüsü6,14 Mb.
#1815
1   ...   31   32   33   34   35   36   37   38   ...   115

Manat hansı valyutalardan ucuzdur?


23.12.2015

Uzun illər dünyanın ən bahalı valyutalarından olan Azərbaycan manatı son 10 ayda iki dəfəyə yaxın ucuzlaşıb. 21 fevral devalvasiyasında manat 34,6% dəyər itirib. Dekabrın 21-də üzən məzənnəyə keçiddən sonra isə manat 47,6% ucuzlaşmaya məruz qalıb. Bununla belə, manat Mərkəzi Bankın siyahısında yer alan 40-dan çox valyutanın əksərindən bahadır. Məsələn, 1 Rusiya rublu 2 qəpiyə, 1 Ukrayna qrivnası 6 qəpiyə, 1 Norveç kronu 17 qəpiyə, 1 Çin yuanı 23 qəpiyə, 1 Səudiyyə Ərəbistanı rialı 41 qəpiyə, 1 türk lirəsi 52 qəpiyə, 1 gürcü larisi 64 qəpiyə satılır.

Transparency.az Mərkəzi Bankın 23 dekabr məlumatına əsaslanaraq manatın yuvarlaq rəqəmlərlə hansı valyutalardan ucuz olduğuna nəzər salıb.

1 Küveyt dinarı — 5 manat 11 qəpik

1 ingilis funt sterlinqi — 2 manat 30 qəpik

1 avro — 1 manat 69 qəpik

1 İsveçrə frankı — 1 manat 56 qəpik

1 ABŞ dolları — 1 manat 55 qəpik

1 Avstraliya dolları — 1 manat 12 qəpik

1 Sinqapur dolları — 1 manat 10 qəpik

1 Yeni Zelandiya dolları — 1 manat 5 qəpik.



Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin