Xəbər bülleteni №18


Dövlət Neft Fondunun 2016-cı il büdcəsi



Yüklə 6,14 Mb.
səhifə102/115
tarix02.01.2022
ölçüsü6,14 Mb.
#1815
1   ...   98   99   100   101   102   103   104   105   ...   115

Dövlət Neft Fondunun 2016-cı il büdcəsi


29.12.2015

Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında prezident fərmanı imzalanıb. Fərmana əsasən, Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri 6 milyard 711 milyon 564,1 min manat, xərcləri isə 8 milyard 181 milyon 399,7 min manat məbləğində təsdiq edilib.
Dövlət Neft Fondunun 2016-cı il büdcəsi

Nazirlik 24 min sahibkarın vergi borcunu silib


30.12.2015


Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il qanunundan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə ciddi tədbirlər həyata keçirilir: “Vergilər nazirinin 12 noyabr əmri ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti dayandırılıb.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırıldığından 2016-cı il yanvarın 1-dən dövriyyəsi 200 min manatadək olan şəxslər də fəaliyyətlərini sadələşdirilmiş vergitutma rejimində davam etdirmək imkanı əldə edəcəklər. Bu isə həmin vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı vergi nəzarəti tədbirlərindən azad olunan vergi ödəyicilərinin əhatə dairəsini xeyli artıracaq.

Vergi Məcəlləsinə uyğun olaraq yoxlamalar kameral və səyyar qaydada həyata keçirilir. Son dövrlər vergi orqanları vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər, mənbəyi məlum olan məlumatlar əsasında vergi orqanlarına getmədən və onların fəaliyyətinə heç bir müdaxilə etmədən, distant təhlillərə əsaslanan kameral vergi yoxlamalarına daha çox üstünlük verirlər. Bu isə sahibkarların biznes fəaliyyətinə maneçilik törətmədən vergilərin hesablanmasında və dövlət büdcəsinə ödənilməsində yol verilən nöqsanların ciddi hüquqi nəticələrə səbəb olmadan aradan qaldırılmasına, nəticə etibarilə büdcə daxilolmalarının artmasına öz müsbət təsirini göstərir. 2015-ci ilin 11 ayı ərzində kameral qaydada hesablanmış 139,7 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Kameral vergi yoxlamaları aparılarkən vergi ödəyiciləri bildirişlə yerli vergi orqanlarına dəvət olunur və təsdiqedici sənədlər onların özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə diqqətlə araşdırılır.

Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğundan, habelə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edildiyindən bir sıra hallarda aparılan araşdırmalar hesablanmış vergilərin azaldılması və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğvi ilə nəticələnir.

Ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşması və sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların vergi borclarının ləğv edilməsində onlara köməklik göstərilməsi məqsədilə başa çatmaqda olan cari ilin son ayı ərzində vergi orqanlarında aparılmış hərtərəfli araşdırmalar nəticəsində vergi ödəyicilərinin çoxu yaranmış vergi borclarını büdcəyə ödəyib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vergi ödəyicilərinin borcları azaldılıb, 24 minə yaxın vergi ödəyicisinin əsasən kiçik məbləğlərdə olan borcları isə tamamilə ləğv edilib”.



Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin