Xəbər bülleteni №18


Prezident: “Sosial sahədə bir dənə də olsun ixtisar olmayacaq”



Yüklə 6,14 Mb.
səhifə16/115
tarix02.01.2022
ölçüsü6,14 Mb.
#1815
1   ...   12   13   14   15   16   17   18   19   ...   115

Müddətsiz lisenziyalar fərmanı: hökumətə tapşırıq verildi


22.12.2015

Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında prezident fərmanı imzalanıb. Transparency.az bildirir ki, dekabrın 21-də imzalanan fərmanla lisenziyalaşdırma qaydası (1), lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri (2), dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri (3), Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanlarının lisenziya verdiyi fəaliyyət növlərinin siyahısı (4) təsdiqlənib.

Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinə lisenziyalaşdırma qaydasının dəyişməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbinin ləğvi ilə əlaqədar, habelə lisenziya alınması tələbi ləğv edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün qanunlarda mövcud olan tələblərin yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının müvafiq qanunlarının təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində təqdim etməyi tapşırıb.

Lisenziya verilməsi üçün tələb olunan şərtlərin (o cümlədən əlavə şərtlərin) sadələşdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar müvafiq qanun layihələri isə İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri əsasında iki ay müddətində hazırlanmalıdır.

Hökumətə bəzi fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayının azaldılması barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək də həvalə olunub.

Lisenziya verən dövlət orqanları lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunmasını təmin etməlidirlər.



Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin