22.12.2015
Dünya bazarında “AzəriLayt” markalı neftin bir barreli 1,49 dollar ucuzlaşaraq 36,71 dollara düşüb. Xəbəri dekabrın 22-də AZƏRTAC yayıb.
Məlumata görə, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,48 dollar bahalaşaraq 36,13 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar artaraq 36,57 dollar olub.
Transparency.az bildirir ki, dekabrın 22-də Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5511 manata, 1 avro 1,6939 manata satılır (Məzənnələr).
Dekabrın 21-dən Mərkəzi Bank üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq, Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 55 qəpik olmuşdu.
Dostları ilə paylaş: |