Manat yenə ucuzlaşdı
28.12.2015
Dekabrın 28-də Azərbaycan manatı bir qədər də ucuzlaşıb. Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5561 manatadır. Transparency.az bildirir ki, avronun rəsmi kursu 1,7079 manat həcmində qərar tutub (Məzənnələr).
Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçib. Həmin gün rəsmi kurs 1 dollara qarşı 1,55 manat olub, sonrakı günlər manatın məzənnəsi bir az da düşüb.
Bu ilin əvvəlinədək 1 dollar 80 qəpiyə yaxın idi, fevralın 21-də isə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilmişdi.
Dostları ilə paylaş: |