28.12.2015
Tarif (qiymət) Şurasının iclası keçirilib. İclasda daha 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin əvvəlki qərarlarla təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar yeni qiymətləri müəyyənləşdirilib (Cədvəl).
Beləliklə, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilib. 3661 dərman vasitəsinin qiymətləri qüvvədədir, qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral 2016-cı ildən qüvvəyə minəcək.
Economy.gov.az bildirir ki, ilin əvvəlindən manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60%-nin qiymətləri endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30% artıb: “Manatın məzənnəsinin dəyişməsindən əvvəl dərman vasitələrinin qiymətləri kəskin şəkildə, 2-3 dəfədən çox, bir sıra hallarda 5 dəfədən çox, bəzi dərmanlar üzrə isə 10 dəfəyədək azaldıldığı üçün bu dərmanların qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırıldıqdan sonra belə yenə də tənzimləmədən əvvəlki qiymətlərdən dəfələrlə aşağıdır”.
Dostları ilə paylaş: |