Nardaranda işlər necə gedir?
28.12.2015
Bakının Nardaran qəsəbəsində abadlaşdırma, sosial-mədəni infrastrukturun yenilənməsi işləri ilə bağlı açıqlama yayılıb. Transparency.az “Azəryolservis” ASC-yə istinadla bildirir ki, ilkin olaraq qəsəbənin Abşeron küçəsində yenidənqurma işləri aparılır: “Təmir aparılan küçənin uzunluğu 2220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işləri aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir. Paralel olaraq küçə boyu yeraltı kommunikasiya xətləri (su, qaz, kanalizasiya) çəkilir. Yenidənqurmadan sonra Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Analoji işlər Nəsrulla Əsgərov küçəsində də aparılacaq. Küçənin uzunluğu 780 metr, ortalama eni isə 6 metrdir. Bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçədə hər biri 3 metr enində olmaqla 4 hərəkət zolağı salınacaq”.
Dostları ilə paylaş: |