Putin Türkiyəyə iqtisadi sanksiyaları qüvvətləndirdi
28.12.2015
Dekabrın 28-də Rusiya prezidenti Vladimir Putin bu ölkənin Türkiyəyə iqtisadi sanksiyalarını qüvvətləndirən fərman imzalayıb. Transparency.az-ın məlumatına görə, prezident fərmanı 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşlarının nəzarət etdiyi təşkilatların Rusiya ərazisində xidmətlər göstərməsini və işlər görməsini yasaqlayır.
Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələri ölkənin sərhədini pozan Rusiya hərbi təyyarəsini vurub, bir pilot həlak olub. Bundan 4 gün sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirləri nəzərdə tutan fərman imzalayıb. Fərman bir çox Türkiyə malının Rusiyaya girişinə qadağa qoyur. Rusiya Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edib, turistlərin Türkiyənin istirahət zonalarına gedişi isə məhdudlaşdırılıb. Sənəd 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsini yasaqlayır, Türkiyə təşkilatlarının Rusiya ərazisində fəaliyyəti isə ya qadağan olunur, ya da minimuma endirilir.
Dostları ilə paylaş: |