Serbiyada 46 məmur korrupsiya ittihamı ilə tutulub
18.03.2016
Serbiyanın hüquq mühafizə orqanları “Skaner” adlı xüsusi əməliyyat keçirərək iqtisadi cinayətkarlıqda və çirkli pulların yuyulmasında şübhəli bilinən 46 nəfəri saxlayıb. Novator.az-ın məlumatına görə, ölkənin daxili işlər naziri Neboyşa Stefanoviç martın 18-də jurnalistlərə belə açıqlama verib.
Nazir bildirib ki, saxlanan şəxslərin qanunsuz fəaliyyətindən ölkənin və bələdiyyələrin büdcəsinə 7 milyon avro ziyan dəyib.
Tutulanlar arasında Belqrad Yol Polisinin rüşvət almış 15 əməkdaşı, Quça şəhərindən hakim və ayrı-ayrı şəxslərə saxta əmək stajı qeydə almış Pensiya Fondunun qadın məmuru da var.
Neboyşa Stefanoviç bundan sonra da korrupsiyaya qarşı mübarizə aparılacağını qeyd edib.
Dostları ilə paylaş: |