Xəbər bülleteni №27


Hərraca çıxarılmış 100 milyon dolların yalnız 500 min dolları satıldı



Yüklə 2,57 Mb.
səhifə33/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   29   30   31   32   33   34   35   36   ...   77

Hərraca çıxarılmış 100 milyon dolların yalnız 500 min dolları satıldı


28.03.2016

Martın 28-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu hərraca 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsaitdən 500 min ABŞ dolları 3 banka satılıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard 224 milyon 976 min dollara çatıb. 2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən isə 685 milyon 488 min ABŞ dolları alınıb.


Rusiyada benzin bahalaşır


28.03.2016


Rusiyada aksiz dərəcələrinin bu il aprelin 1-dən artırılması barədə qanun təsdiqlənib. Qanuna əsasən, avtomobil benzini, dizel yanacağı və texnoloji benzinə tətbiq olunan aksizlərin dərəcəsi artırılır.

Maliyyə Nazirliyinin proqnozlarına görə, aksiz dərəcələrinin yüksəlməsi ilə əlaqədar ilin sonunadək ölkədə benzinin qiyməti 6,5 faiz artacaq. Beşinci dərəcəli benzinin bir tonu üçün aksiz hazırda 7530 rubldur (156 manat), artımdan sonra bu göstərici 10 min 130 rubla (210 manata) çatacaq.

Artırılmış tariflər 2016-cı ilin sonuna qədər saxlanacaq. Hökumətin planına əsasən, 2017-ci ildə aksiz dərəcələri yenidən aşağı salınaraq 2015-ci il səviyyəsinə gətiriləcək.

Xəbəri AZƏRTAC Vergiler.az saytına istinadla yayıb.



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin