Rusiyada minimum əməkhaqqı 21% artır
30.03.2016
Rusiya Dövlət Dumasına ölkədə minimum əməkhaqqının 21% artımını nəzərdə tutan qanun layihəsi daxil olub. Novator.az xəbər verir ki, minimum əməkhaqqını 7 min 500 rubla (171 manat) çatdırmaq planlaşdırılır.
Dövlət Dumasının əmək komitəsinin sədr müavini Olqa Batalina jurnalistlərə bildirib ki, minimum əməkhaqqının artımı 1 milyonadək işçiyə şamil olunacaq. Onların 87%-i dövlət və bələdiyyə sektorunda, 13%-i özəl sektorda çalışır.
Artımın büdcəyə 6 milyard rubla başa gələcəyi, yeniliyin iyulun 1-dən tətbiq olunacağı bildirilir.
Hazırda Rusiyada minimum əməkhaqqı 6204 rubldur (141 manat).
Dostları ilə paylaş: |