Manatın kursu ən yüksək səviyyəyə qalxıb
31.03.2016
Azərbaycan manatının rəsmi kursu üzən məzənnə rejiminin tətbiqindən bəri ən yüksək səviyyəyə qalxıb. Mərkəzi Bank martın 31-də 1 ABŞ dollarına 1,5421 manat qiymət qoyub (Məzənnələr). Ötən gün rəsmi məzənnə 1,5586 manat idi.
Ötən il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Həmin gündən sonra kurs artan xətlə gedib, bəzən düşmələr qeydə alınıb, amma dollar heç zaman 1 manat 55 qəpikdən aşağı qiymətə təklif olunmayıb.
Dostları ilə paylaş: |