Xəbər bülleteni №37



Yüklə 259,75 Kb.
səhifə4/4
tarix15.03.2017
ölçüsü259,75 Kb.
#11352
1   2   3   4

124 320 ailə ünvanlı sosial yardım alır

05.07.2016



emek nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə bağlı yeni hesabat yayılıb. Qeyd olunur ki, bu ilin fevral ayından tətbiqinə başlanan sistem ötən dövrdə 43779 nəfər ailə üzvünü əhatə edən 11050 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyinatı aparıb.

Ümumilikdə hazırda ölkə üzrə 532 373 nəfər ailə üzvünü əhatə edən 124 320 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Sosial yardımların hər ailəyə düşən orta aylıq məbləği 151 manatdır.

VEMTAS ünvanlı yardım üçün müraciət edilməsi, həmin müraciətlər üzrə aztəminatlı ailələrin ünvanlı yardım almaq hüququna baxılması və bu yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu proseslərini vətəndaş-məmur təmasları mümkün olmadan, avtomatlaşdırılmış rejimdə həyata keçirilməsini təmin edir.

Sosial yardımın təyin olunması üçün elektron şəkildə müraciət edilməsi üçün nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti əhalinin istifadəsindədir. Ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar vasitəsilə, bu mümkün olmadıqda alternativ variant kimi poçt şöbələrində elektron qaydada müraciət edə bilirlər.

Vətəndaşların elektron müraciətlərinə baxılması üçün ailələrə aid müvafiq məlumatlar VEMTAS vasitəsilə “Elektron hökumət” portalı üzərindən 20-dən çox qurumun informasiya bazasına inteqrasiya şəraitində elektron qaydada əldə olunur. Qəbul edilən e-müraciətlərə elektron sistem vasitəsilə 15 iş günü müddətində araşdırılaraq baxılır və sosial yardım təyin olunub-olunmaması barədə vətəndaşın e-müraciət zamanı “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə elektron qaydada məlumat göndərilir.

20 milyon manatlıq dövlət istiqrazlarına 67,3 milyon manatlıq sifariş oldu

05.07.2016

İyulun 5-i Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 20 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. Maliyyə Nazirliyi bildirir ki, investorların təqdim etdiyi sifarişlərin ümumi məbləği 67,3 milyon manat olub.

Dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98,3422 (gəlirlilik 6,8553 faiz) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti oktyabrın 4-dür.

Bir həftə fasilədən sonra dollarının kursu yenə yüksəlib

08.07.2016

manat-dollar-01Bir həftə aradan sonra Mərkəzi Bank yenidən ABŞ dollarının kursunu yüksəldib. İyulun 8-də 1 dollar 1,5456 manata satılır. Ötən cümədən rəsmi məzənnə 1,5425 manat idi.

Transparency.az-ın məlumatına görə, avroda ucuzlaşma var. 1 avronun rəsmi məzənnəsi 1,7160 manatdan 1,7131 manata enib.

Rusiya rublunun kursu isə dəyişməyib. 1 rubl iyulun 5-də olduğu kimi 0,0241 manata təklif olunur.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Mayın sonunda kurs 1,4900 manata düşüb, son bir ayda isə dollar bahalaşır.

2016-cı ildə milli valyutanın sabitliyinə sərf olunan vəsait 3 milyard 92,8 milyon dollar olub. Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı valyutanın həcmi 2 milyard 407,4 milyon dollardır. Mərkəzi Bankdan isə bu il 685,4 milyon dollar həcmində valyuta alınıb.

Müdafiə naziri cəbhə bölgəsinə baş çəkib

08.07.2016

Müdafiə Nazirliyinin rəhbərliyi iyulun 6-da cəbhə bölgəsində yerləşən hərbi hissələrə baş çəkib. Rəsmi məlumata görə, nazir Zakir Həsənov və onun birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov müdafiənin ön xəttindəki vəziyyətlə, döyüş hazırlığı, döyüş növbətçiliyinin təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti ilə maraqlanıblar.

Müdafiə naziri əməliyyat şəraiti ilə yaxından tanış olub, müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar tapşırıqlar verib.

Zakir Həsənov və Nəcməddin Sadıqov əsgərlərlə nahar ediblər.



onxett1

onxett2

onxett3

onxett4

onxett5

Ulduzlu mehmanxanaların siyahısı açıqlanıb

08.07.2016

medeniyyet nazirliyiÖlkədə təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 106-ya çatıb. Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyun ayı ərzində Bakı şəhərində yerləşən dörd ulduzlu “Karvan Palace”, “SunRise Hotel” və üç ulduzlu “Şah Hotel”, “Nizami Street Hotel”, “East Legend Panorama”, “Şəms” mehmanxanalarına ulduz dərəcə sertifikatları verilib.

Mehmanxanalara və vətəndaşlara xəbərdarlıq ünvanlayan nazirlik qeyd edir ki, bəzi mehmanxanalar rəsmi ulduz dərəcə sertifikatı almadan reklam çap məhsullarında, reklam roliklərində, internet səhifələrində və mehmanxanaların üzərində qeyri-qanuni ulduz dərəcəsi göstərərək istehlakçılara düzgün olmayan məlumatlar verirlər: “Mehmanxanalara ulduz dərəcə sertifikatını AZS 745-2015 dövlət standartına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi 3 il müddətinə verir və bu müddət bitdikdən sonra mehmanxana yenidən müraciət edərək təsnifatdan keçməlidir.

“Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” AZS 745-2015 dövlət standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının 14 dekabr 2015-ci il qərarı ilə təsdiq edilib. Hazırda ölkə ərazisində 106 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçirilərək ulduz dərəcə sertifikatı alıb (Siyahı).

“Texnikabank”ın əmanətçilərinə 119 milyon manata yaxın kompensasiya ödənib

08.07.2016

texnikabankƏmanətlərin Sığortalanması Fondu agent banklar vasitəsilə “Texnikabank” ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə 118 milyon 916 min manatdan artıq kompensasiya ödəyib. Fonddan AZƏRTAC-a bildiriblər ki, “Texnikabank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank”, “Rabitəbank”, “Unibank” və “Kapital Bank” seçilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Əmanətçilərdən ərizələrin qəbuluna fevralın 12-dən agent bankların filiallarında başlanıb.

1994-cü ildə fəaliyyətə başlayan “Texnikabank” ASC-nin bank lisenziyası bu il fevralın 1-də ləğv edilib. Qərarı Mərkəzi Bankın İdarə Heyəti çıxarıb. Rəsmi məlumata əsasən, “Texnikabank” məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib, onun məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən az olub, ASC kreditorları qarşısında öhdəliklərini icra edə bilməyib, cari fəaliyyətini etibarlı və prudensial qaydada qurmayıb.

6 ayın ən populyar adları

08.07.2016

Transparency.az 2016-cı ilin ilk yarısında Azərbaycan Respublikasında doğulmuş uşaqlara ən çox hansı adların qoyulmasına nəzər salıb. Ədliyyə Nazirliyinin hesabatına görə, ən populyar 10 qız adı içində Zəhra adı öndə gedir: 1207 qıza bu ad verilib. Nuray adı ikinci (976 uşaq), Fatimə adı (785) üçüncüdür.

İlk 10-luğun sonrakı sıralarında bu adlar durur:

Zeynəb – 752 uşaq

Aylin – 713

Məryəm – 672

Ayan – 579

Mələk – 565

Səma – 468

Mədinə – 444.

6 ayın ən populyar 10 oğlan adı isə bunlardır:

Yusif – 1391 uşaq

Hüseyn – 984

Əli – 943

Ömər – 740

Tunar – 588

Məhəmməd – 572

Murad – 553

Ayxan – 527

Uğur – 519

İbrahim – 382.

Yusif adı son beş ilin ən populyar adıdır: 2012-ci ildən bəri 18 min 147 uşağa bu ad verilib. Zəhra adı ikinci yerdədir: 17 min 333. Nuray adı üçüncü (13 min 214), Hüseyn adı dördüncü (12 min 510), Fatimə adı beşinci (12 min 445) pillədə dayanır.

Növbəti valyuta hərracı Neft Fondunun xərcini 2 milyard yarıma yaxınlaşdırdı

08.07.2016

dnf 1İyulun 8-də növbəti valyuta hərracı keçirilib. Dövlət Neft Fondu təklif etdiyi 50 milyon dolları 29 banka satıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı valyutanın həcmi 2 milyard 457,4 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 685,4 milyon dollar həcmində valyuta alınıb. 2016-cı ildə iki qurumun milli valyutanın sabitliyinə sərf etdiyi vəsait 3 milyard 142,8 milyon dollardır.

Prezident həmsədrlərlə görüşüb

08.07.2016

Polşanın paytaxtı Varşavaya səfər edən prezident İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andriyo və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.



gorush 1

Nazirlik əlilliyi olan şəxslərlə bağlı hesabat yayıb

08.07.2016

emek nazirliyi 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə verilən protez-ortopedik məmulat və reabilitasiya vasitəsi haqqında hesabat yayıb. Nazirlik bildirir ki, bu ilin birinci yarısında Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncədəki filialı və Naxçıvan istehsalat sahəsi 7055 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 813 nəfəri ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdir.

Hesabat dövründə əlilliyi olan şəxslərə 978 ədəd əlil arabası, 568 ədəd aşağı və yuxarı ətraf, 186 ədəd döş protezi, 4517 ədəd müxtəlif reabilitasiya vasitəsi, 691 ədəd yuxarı və aşağı ətraf ortezi, 431 ədəd bel və boyun nahiyəsi üçün korset, 350 ədəd eşitmə aparatı verilib. Əlilliyi olan şəxslər həmçinin 1625 cüt protez ayaqqabı, 2257 cüt ortopedik ayaqqabı, 497 ədəd dördayaqlı dayaq vasitəsi, 535 cüt qoltuqaltı və 945 cüt dirsəkaltı ağacla, 1454 ədəd əsa ilə təmin edilib. Bu dövrdə 500-ə yaxın reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək sahibinə təqdim olunub.

İlin birinci yarısında əlilliyi olan şəxslər 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 74 faiz, 2015-ci ilin birinci yarısı ilə müqayisədə isə 3,2 faiz çox, yəni 17 min 427 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.

Azərbaycanda orta ömür 20 ildə nə qədər artıb?

08.07.2016

ehali
Transparency.az Dövlət Statistika Komitəsinin saytında bəzi demoqrafik göstəricilərə nəzər salıb.

Rəsmi hesabata görə, 1995-ci ildə Azərbaycanda orta ömür uzunluğu kişilər üçün 65,2 yaş, qadınlar üçün 72,9 yaş olub. Həmin il üçün orta ömür 69,1 yaş göstərilib.

2000-ci ildə orta ömür 71,8 yaşa qalxıb, kişilərin orta ömür uzunluğu 68,6 yaş, qadınların orta ömür uzunluğu 75,1 yaş olub.

2010-cu il üçün orta ömür uzunluğu 73,6 yaş qeyd edilib. Kişilər üçün orta ömür 70,9 yaş, qadınlar üçün 76,2 yaş göstərilib.

2014-cü ildə orta ömür uzunluğu 74,2 yaşa çatıb. Doğulanda orta ömür uzunluğu kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş olub.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə görə, 1995-ci ildə ölkədə əmək qabiliyyəti yaşda olan 4 milyon 243,5 min nəfər yaşayıb. 2000-ci ildə əmək qabiliyyəti yaşda olanların sayı 4 milyon 917,1 minə çatıb.

2005-ci ildə ölkə əhalisinin 5 milyon 646,6 min nəfəri əmək qabiliyyəti yaşda olub. 2010-cu ilin hesabatında əmək qabiliyyəti yaşda olanların sayı 6 milyon 285,9 min nəfər göstərilir.

2014-cü ildə isə ölkədə əmək qabiliyyəti yaşda olanların sayı 6 milyon 616,4 minə çatıb.

Dövlət Statistika Komitəsinin son hesabatına görə, 2016-cı il mayın 1-nə Azərbaycan əhalisinin sayı 9 milyon 739,2 min nəfər olub.

Azadlıqdan məhrumetmə statistikası

08.07.2016

Rəsmi statistikaya görə, 2014-cü ildə Azərbaycanda 7360 nəfər azadlıqdan məhrum olunub. Transparency.az bildirir ki, onların 3200-ü 2 ilə qədər, 2428-i 2 ildən 5 ilə qədər, 1389-u 5 ildən 10 ilə qədər, 330-u 10 ildən 15 ilə qədər iş alıb. 13 nəfərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.

Dövlət Statistika Komitəsinin hesabatına (Azadlıqdan məhrum olunanların məhkum olma müddətinə görə bölgüsü ) əsasən, 1995-ci ildə Azərbaycanda 5964 nəfər azadlıqdan məhrum edilib. 2000-ci ildə həbs cəzası alanların sayı 6099-a çatıb, 2005-ci ildə 5638-ə düşüb. Bundan sonra yenidən artım tendensiyası başlayıb. 2010-cu ildə azadlıqdan məhrum edilənlərin sayı 6409 nəfər olub.

Ömürlük həbs cəzasının tətbiq olunmağa başladığı 1998-ci ildə 9 nəfər belə cəza alıb. Bir il sonra 14 nəfərə ömürlük həbs cəzası verilib. Ömürlük həbsin ən çox verildiyi illər 2000 və 2002-ci illərdir. Həmin illər 23 nəfərə ömürlük cəza hökmü oxunub.

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı asanlaşdı

08.07.2016



dmx 2Dövlət Miqrasiya Xidməti əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatında yenilik edib. İyulun 8-də yayılan rəsmi məlumata görə, “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” adlı xidmət elektron hökumət portalına inteqrasiya olunub: “Xidmət qeydiyyatsızdır, yəni portaldan qeydiyyatdan keçmək tələb olunmur. Sadəcə E-gov.az-a daxil olub Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” xidmətini seçmək lazımdır. Xidməti seçdikdən sonra olduğu yer üzrə qeydiyyat pəncərəsində fiziki, yaxud hüquqi şəxs kimi qeydiyyatdan keçmək mümkündür.

Fiziki şəxs kimi qeydiyyatdan keçmək istəyən vətəndaş açılan səhifədə sənəd məlumatlarını qeyd edir, şəxsiyyət vəsiqəsinin fotosurətini yükləyir və barəsində ilkin məlumatları müvafiq xanalara doldurur. Əcnəbinin qeydiyyata alınacağı ünvan məlumatından sonra istifadəçi ekranda görünən təhlükəsizlik simvolunu və rəqəmləri daxil edib təsdiqlə düyməsini sıxmaqla qeydiyyatdan keçmiş olur.

Qeydiyyatı tamamlamaq üçün vətəndaş elektron poçt ünvanına daxil olub linki təsdiqləyir və növbəti pəncərədə istədiyi şifrəni daxil edib təsdiqləməklə sistemə giriş əldə edir. Vətəndaş sistemə bir dəfə giriş əldə etdikdən sonra həmin şifrə ilə mütəmadi olaraq sistemdən istifadə edə biləcək.

Xidmət seçildikdən sonra açılan pəncərədə elektron poçt ünvanını və şifrəni daxil edən vətəndaş sistemə daxil olur. Sonra əcnəbinin qeydiyyata alınacağı ünvan düyməsini seçərək təsdiqlənməsini gözləyir. Ünvan aktiv olduqdan sonra əməliyyat düyməsini seçərək yeni səhifədə əcnəbi barədə tələb olunan sualları cavablandırır və təsdiqlə düyməsini seçir. Nəticədə vətəndaş qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı elektron poçtuna bir iş günü ərzində bildiriş göndərilir”.

Hüquqi şəxslərin apardığı qeydiyyat fiziki şəxslərin həyata keçirdiyi qaydada aparılır.

Xidmət Azərbaycan, ingilis və rus dilində təqdim edilir.

Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Prezidentin gəlir-çıxarı açıqlanıb

08.07.2016

almazbek-atambaev 1Qırğızıstanın Dövlət Kadr Xidməti prezident Almazbek Atambayevin ötən ilki gəlir və xərclərini açıqlayıb.

Novator.az xəbər verir ki, rəsmi açıqlamaya görə, Almazbek Atambayevin 2015-ci ildə illik gəliri 1 milyon 298 min 448 som (19,3 min ABŞ dolları), xərcləri isə 34 milyon som (505 min dollar) olub.

Prezidentin xərclər hesabatında bildirilir ki, həmin xərclər Almazbek Atambayevin şəxsi yığımından edilib.

Bildirilir ki, Qırğızıstan prezidentinin 27 min kvadratmetr torpaq sahəsində 116,34 kvadratmetrlik binası və uzun müddətə əkin üçün icarəyə verdiyi 64 min kvadratmetrlik torpaq sahəsi var.

Almazbek Atambayevin səhmlərinin hamısı ona məxsus olan şəxsi müəssisəsini də idarəçiliyə verdiyi vurğulanır.

2015-ci ildə Qırğızıstanda prezident, hökumət üzvləri, deputatlar və digər məmurlar da daxil olmaqla bütün dövlət qulluqçularının təkcə gəlirləri deyil, xərcləri haqda da bəyannamə təqdim etməsini nəzərdə tutan qanun qəbul olunub.

Daxili İşlər Nazirliyində kollegiya iclası

08.07.2016



din 1İyulun 8-i Daxili İşlər Nazirliyində 2016-cı ilin birinci yarısına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, iclasda məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov bildirib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14251 cinayət qeydə alınıb: “Onların 94,2 faizi və ya 13429-u ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmə 5,2 faiz, zorlama 16,7 faiz, avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıq 6,4 faiz, yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı 25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb.

Cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 0,5 faiz, şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 1,2 faiz, qəsdən adam öldürməyə cəhdlərin açılması 2,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 1,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, xuliqanlıqların açılması 2,4 faiz yaxşılaşıb.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 205, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində isti izlərlə isə 581 və ya müqayisə edilən dövrə nisbətdə 24,4 faiz çox cinayət açılıb”.

Vilayət Eyvazov bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib: “102” zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlərlə 2759 hüquqazidd əməlin qarşısı alınıb, 2022 cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 162 cinayət açılıb, 6366 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 135 hadisə aşkarlanıb, axtarışda olan 68 avtomobil saxlanıb.

Cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin axtarışının nəticələri 4,1 faiz yaxşılaşaraq istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi 51 nəfərin və bu təşkilata üzv ölkələrin axtardığı 26 şəxsin yeri müəyyən olunub. Ümumilikdə axtarılanların 56,8 faizinin tutulması təmin edilib.

Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 24700 manat və 10 min ABŞ dolları olan 347 ədəd əsginaz, habelə istifadə müddəti ötmüş 13 tona yaxın yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675, o cümlədən onların satışı ilə bağlı 429 fakt üzrə ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb.

Həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib, 62,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.



Ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox, yaxud 93 insan alveri cinayəti müəyyən edilib. Bu faktlar üzrə başlanmış cinayət işlərinin istintaqı ilə 16 nəfər məhkəmə məsuliyyətinə verilib, həmin əməllərin qurbanı olmuş 52 şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunub”.

Nazirin birinci müavini qeyd edib ki, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işində də müsbət təmayül müşahidə olunub və bu istiqamətdə işin nəticələri 7,9 faiz yaxşılaşaraq 85,6 faiz təşkil edib.
Yüklə 259,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin