282
süxurlarda yavaşımasını yavaşıma məsafəsi ilə qiymətləndirirlər L,
bu, elə məsafədir ki, orada neytronun enerjisi müəyyən ədəd qədər
azalır (E
0
/E
n
)=sonst. L kəmiyyəti süxurda yüngül lərin, birinci
növbədə hidrogen saxlayan (su, neft, qaz) neytronların sürətini güclü
azaltmaqla səciyyələnir.
Qamma kvantın
maddələrlə qarşılıqlı təsirdə olması
fotoelektrik udma (fotoeffekt), kompton səpilməsi, elektron cütünün
yaranması, pozitron, flüresensiya şüalanması və s. kimi fiziki
proseslərlə müşayiət olunur.
Fotelektrik udulma (fotoeffekt). Qamma kvant öz enerjisinin
hamısını atomdan elektronun çıxmasına verir. Orbitdən çıxan
elektron ətraf mühiti ionlaşdıraraq öz enerjisini verir və onun
tərəfindən udulur.
Komton səpilmə
qamma kvantların elektronlardan elastik
səpilməsidir. Qamma kvant öz enerjisinin bir hissəsini elektrona
verərək özünün düzxətli hərəkətindən kənara çıxır, həm udulma, həm
də enerjinin səpilməsi prosesi baş verir. Atomdan vurulub çıxarılan
elektron ətraf mühiti ionlaşdırır və atom tərəfindən udulur.
Dostları ilə paylaş: