281
Neytronun maddə ilə qarşılıqlı təsirdə olmasını onunla təyin
etmək olur ki, bu hissəciklər elektrik yükünə malik deyil, ona görə də
neytron istənilən nüvəyə, hətta ən ağır nüvələrə asanlıqla daxil olur.
Neytron seli nüvəyə çatan kimi nüvə reaksiyası başlayır və buradan
elastik və qeyri-elastik səpilmə radiasiya zəbti, nüvə parçalanması
baş verir.
Elastiki və qeyri elastik səpilmə
prosesində neytron öz
enerjisinin çox hissəsini nüvəyə verir və bunun nəticəsində özünün
hərəkət sürəti azalır.
Qeyri-elastik səpilmədə neytron nüvənin xarici orbitində hərəkət
edir. Bu o zaman baş verir ki, nüvə çox ağır olsun, yəni D.İ.Men-
deleyev cədvəlinin axırında yerləşən lərdir.
Elastik səpilmə
neytronun, nüvənin dərin qatlarında hərəkəti zamanı baş verir.
Elastiki səpilmədə neytron öz enerjisini nüvəyə verir və hərəkət
sürəti azalır, bu proses kiçik kütləli nüvələrdə baş verir. Öz enerjisini
itirmiş neytron nüvə tərəfindən zəbt olunur (udulur, bunun
nəticəsində nüvədə süni radioaktivlik həyəcanlanması başlayır;
udulma prosesində qamma, kvant, proton, alfa hissəcik buraxılır, ən
ağır nüvələrdə (uran, tori) neytronun
təsiri ilə bölünmə prosesi
başlaya bilər.
Beləliklə, neytron seli maddədən keçdikdə öz enerjisinin bir
hissəsini itirərək sürətini azaldır və atomun nüvəsi tərəfindən
neytronun bir hissəsi zəbt olunur. Selin yavaşıması
intensivliyi və
yeni yaranan radiasiya şüalanması qiymətcə təyin oluna bilər, yəni
ölçülə bilər.
Neytron mənbəyi olaraq çox hallarda təbii radioaktiv lərdən ra-
dium və beriliumun qarışığı (Ra-Be), polonium, berillium (Po- Be),
plutoni və berillium (Pu-Be) və s. yaxud nüvə reaktorlarından
istifadə edirlər. Mənbəyin növündən asılı olaraq neytronun enerjisi
geniş hüdudda dəyişir. Enerji xüsusiyyətlərinə görə neytronlar böyük
sürətli (0,5 MeV çox), orta sürətli (0.001- 0,5MeV),
yavaş sürətli
(0,001MeV az), rezonanslı (1-10 eV) istilik üzrə (0,05 eV), istilik
(0025 eV) növlərə bölünürlər. Süxurları neytronlarla tədqiq edəndə
çox hallarda sürətli neytronlardan istifadə edirlər. Neytronların
downloaded from KitabYurdu.org
282
süxurlarda yavaşımasını yavaşıma məsafəsi
ilə qiymətləndirirlər L,
bu, elə məsafədir ki, orada neytronun enerjisi müəyyən ədəd qədər
azalır (E
0
/E
n
)=sonst. L
kəmiyyəti süxurda yüngül lərin, birinci
növbədə hidrogen saxlayan (su, neft, qaz) neytronların sürətini güclü
azaltmaqla səciyyələnir.
Qamma kvantın
maddələrlə qarşılıqlı təsirdə olması
fotoelektrik udma (fotoeffekt), kompton səpilməsi, elektron cütünün
yaranması, pozitron, flüresensiya şüalanması və s.
kimi fiziki
proseslərlə müşayiət olunur.
Fotelektrik udulma (fotoeffekt). Qamma kvant öz enerjisinin
hamısını atomdan elektronun çıxmasına verir. Orbitdən çıxan
elektron ətraf mühiti ionlaşdıraraq öz enerjisini verir və onun
tərəfindən udulur.
Komton səpilmə
qamma kvantların
elektronlardan elastik
səpilməsidir. Qamma kvant öz enerjisinin bir hissəsini elektrona
verərək özünün düzxətli hərəkətindən kənara çıxır, həm udulma, həm
də enerjinin səpilməsi prosesi baş verir. Atomdan vurulub çıxarılan
elektron ətraf mühiti ionlaşdırır və atom tərəfindən udulur.
Dostları ilə paylaş: