280
Süxurlar içərisində ən böyük radioaktivliyə filizlər malikdir, bu
minerallar uranit, nasturan, torianit, torit, monasit,
karbonatlar,
sulfatlar, uranil sulfatı və s-dir. Süxurların aktivliyi tərkibində filiz
əmələ gətirən mineralın miqdarı ilə təyin olunur.
Süxurlar içərisində ən çox radioaktivlik maqmatik süxurlardır,
ilk növbədə turş süxurlar (leykokratlı qranit, biotitlər plaqioqranit -
lər).
Çökmə süxurlar demək olar ki, heç radioaktiv ola bilməz
(anhidrid, gips, daş duz, kimyəvi əmələ gələn əhənk daşları, kvars,
qum və s, ola bilər ki yüsək radioaktivliyə malik olsun. Axırıncı gilli
süxurlarla əlaqədardır: Gilliliyi çox olduqca radioaktivlik çox olur.
Bu onunla izah olunur ki, gilli süxurlarda
hissəciklərin xüsusi
səthinin sahəsi böyükdür, bu da radioaktiv ləri adsorbsiya etməyə
imkan verir. Ən böyük radioaktivliyi çökmə
süxurlar içərisində çox
kiçik ölçüyə malik dəniz killəridir (lillərdir). Bitum birləşmələri uranı
xüsusilə də oksidləşmiş nefti yaxşı toplayır. Süxurların
radioaktivliyini təbii sularla, yaxud da torpağın daxilindəki havanın
radioaktivliyi ilə təyin edirlər. Torpağın daxilində olan havanın
radioaktivliyi bunun altında yerləşən süxurun şüalandırdığı radon və
toron qazının miqdarından asılıdır. Okeanın, dənizin suyu və çay
suları
demək olar ki, radioaktiv deyillər. Uran filizi yataqları ilə
qonşuluqda olan, çay sularını, yeraltı suları, bir də xlorbarili və
xlorkalsi növlü suları çıxmaq şərti ilə qalan sularda radon, radium və
toron qazı həll olunur.
Sənaye zənginliyinə malik olmayan radioaktiv lər saxlayan
süxurların cəmləşdiyi yerdə kosmosdan gələn şüalar özləri ilə daima
kvant gətirərək yerdə normal radioaktiv fon yaradır.
Radioaktiv anomaliya
o zaman hesab olunur ki, anomaliyanın
qiyməti normal fonun qiymətindən 3 dəfə çox olsun. Aeroüsuldan
istifadə etdikdə kosmik şüaların yaratdığı təbii qamma aktivliyinin
fonunu nəzərə almaq lazımdır. Bunu su hövzələrinin üzəri ilə, yaxud
600—700 m yüksəklikdən uçan zaman təyin edirlər.
Dostları ilə paylaş: