Xələfli A. A


downloaded from KitabYurdu.org 354  § 127. Qlobal plit tektonikası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə168/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   160   161   162   163   164   165   166   167   168
geofiziki kesfiyyat usullari

 
downloaded from KitabYurdu.org


354 
§ 127. Qlobal plit tektonikası.
İndiki yüz illiyin 60-cı ilinə qədər 
geologiyada geniş faktiki materiallar toplanmışdır. Materikin 
geoloji quruluşu, təfsnilatı ilə göstərilmiş, onun hüdudunda ayrı-
ayrı geoloji regionlar ayrılmışdır. Yer səthinin 2/3 hissəsini əhatə 
etmiş okeanın öyrənilməsi nəticəsində prinsip etibarı ilə yeni 
geoloji konsepsiya hazırlanmışdır. Müəyyən edildi ki, bütün 
okeanın dibinin relyefi vulkanik materialdır, okean dibinin lojasının 
püskürmə süxurları bazaltlardan ibarətdir. Qitə şelflərindən kənarda 
dərin sular altında quyu qazma ilə yalnız təbaşirin və paleogenin 
cavan süxurları çıxmışdır (150 mln ilə qədər). 
E.K.Bullard göstərmişdir ki, okean dibinin lojasının əmələ gəlməsi 
geoloji yaşın 4%-ni təşkil edir. Məlum olmuşdur ki, qitələr çox 
qədimdir, nəinki okeanlar, okean ortası uzanan sualtı dağ 
silsiləsindən ibarətdir. O, Lena çayının mənsəbindən başlayaraq 
Şimal Buzlu Okeandan keçib İslandiyanı və Atlantik okeanı, 
Cənubi Afrikanı kəsərək, Hind okeanına dönür, Hind okeanında 
okean ortası sualtı dağ silsiləsi iki qola ayrılır: biri Ədən körfəsinə 
downloaded from KitabYurdu.org


355 
və Qırmızı dənizə uzanır, o biri Avstraliya ilə Antarktida arasından 
Sakit okeana uzanır. Silsilənin qılıcının eni 30 km-lik vadilərə 
bölünüb (riftlər). Rift seysmik fəaldır, orada zəlzələlərin mərkəzi 
yerləşir (episentr). Ora müasir lavalarla doludur, bazaltlarla təqdim 
olunub və qızğın istilik seli ilə təsvir olunur. Silsilənin qılıcı və rift 
vadiləri eninə parçalanmalarla yerini dəyişmişlər. Mərkəzi rift 
vadisində okeanın dibi əmələ gəlir. Bu vadinin divarlarının 
çatlaması və hərəkəti hesabına əmələ gələn çatlarla lava tökülməsi 
hesabına yaranır. Bu proses xətt boyunca uzanmış maqnit 
anomaliyasının yaratdığı müsbət və mənfi zonalarından ibarətdir. 
Şəkildə orta okean dağ silsiləsinin rift zonasında zolaq şəklində 

anomaliyası göstərilmişdir, mərkəz hissəsindən eninə transform 
qırılmaları keçir. Müəyyən olunmuşdur ki, okeanın dibinin yüksək 
hissələri maqnitli süxurlardan ibarətdir. Maqnit anomaliyasının 
qiyməti göstərir ki, maqnitlənməyə fəal kütlənin üst kənarı okeanın 
dibinin səthində yerləşir. 
downloaded from KitabYurdu.org


356 
Rift zonasında zolaqlı maqnit anomaliyası axıb tökülən lavanın 
soyuması zamanı qalıq maqnitlənmə vektorunun istiqamətini 
özündə əks etdirir. E.K.Bullardın dediyi kimi əgər Yerin maqnit 
sahəsinin dəyişmə diapazonu məlumdursa, bu zolaqları okean 
dibinin əmələ gəlmə izoxronu kimi baxmaq olar. Qütb 
yerdəyişmələrinin yaşını paleomaqnit və radioaktiv üsullarla 
öyrənirlər. Paleomaqnit üsulla hər bir zolağı əmələ gətirən yaşının 
təyini, radioaktiv üsulla təyin olunan yaşla təsdiq olunur. Bu Sakit 
və Atlantik okeanında dərin su altında çox sayda qazılan 
quyulardan götürülən nümunələrdən alınan məlumtlardan təyin 
edilmişdir. 
İki qonşu plitənin sfera üzərində biri-birindən aralanma hərəkətində 
olduğunu Eyler tənliyindən istifadə olunaraq təyin edilir. Bu nisbi 
hərəkət şaquli oxun yaxınlığında hərəkətini fırlanma hərəkəti kimi 
təsvir etmək olar. Oxun keçdiyi nöqtə spredinqin qütbü adlanır. Bu 
nəzəriyyəyə əsasən plitələrin hərəkətinin bərpa modeli təbaşir 
dövrünə qədər dəyişmə xüsusiyyətləri göstərilmişdir. Maqnit 
downloaded from KitabYurdu.org


357 
kəşfiyyatına və dərin sualtı quyu qazmaya əsasən yeni okean 
dibinin əmələ gəlməsinin sürəti dağ silsiləsi oxunda 2-20 sm/il 
olduğu təyin edilmişdir. Bu sürət çox böyükdür, 100 milyon il 
ərzində plitə üfüqi istiqamətdə 20.000 km hərəkət etdirməlidir, 
təxminən Yerin ekvatorunun uzunluğunun yarısı qədər. Deməli, elə 
proseslər mövcuddur ki, okean qabığı üst mantiyaya qayıdır və 
sonra yenidən okean dibində lavanın axıb tökülməsi şəklində və 
maqmatik intruziya şəklində dağ silsiləsinin oxunda yenidən 
yaranır, qırılmış zonalarda 

anomaliyası yaxşı göstərir, 

g- əyrisi 
göstərir ki, M sərhədi nov zonasında okeandakına nisbətən daha 
dərində yerləşib. 
Geoloji olaraq zəlzələ qurşağı ada qövsündə, okean novunda və 
andezit vulkan zonasında əmələ gəlir (Sakit okean ərazisində, 
İndoneziya, Karib dənizi, Cənubi Amerika ilə Antarktida arasında 
Skoşa qövsü rayonunda). Seysmologiyanın dəlillərinə əsaslanaraq 
elə zonalar qeyd olunub ki, burada plitələr aşağı üst mantiya üfüqi 
səthə bucaq altında batırlar. Dərin olmayan zəlzələlər dənizə tərəf 
downloaded from KitabYurdu.org


358 
dönən, dərin fokuslu zəlzələlər isə quruya tərəf çevrilmiş zonalarda 
əmələ gəlir. 
Plitələrin batma sxemi zəlzələ zamanı əmələ gələn dalğaların sürəti 
ilə yenidən qurulur, soyuq batan plitədə sürət rlitəni əhatə edən isti 
süxura nisbətən böyükdür. 
Üç növ əsas plitə sərhədi məlumdur: cavan qabıq əmələ gələn orta 
okean dağ silsilələri, transform parçalanmaları, hansı ki, plitələr 
biri-birinə nisbətən hərəkət edir, nov sərhəd qitə ilə okean 
arasında olur (E.K.Bullard, 1975). Bu plitələrin sərhədləri zəlzələ 
xəritələrində izlənir, bu da onların hərəkətini və inkişaf tarixini 
izləməyə imkan verir. Paleomaqnit tədqiqatlar qitə plitələrinin 
dreyfinin öyrənilməsinin ən vacibidir, əlavə olaraq fərz olunur ki
süxur əmələ gəldiyi dövrdə mövcud olan Yerin maqnit sahəsi 
istiqamətində maqnitlənir və geoloji vaxt miqyasında özünün ilkin 
maqnitlənməsinin heç olmasa bir hissəsini saxlayaraq bizim dövrə 
qədər gətirib çatdırır (A.İ.Xramov). 
downloaded from KitabYurdu.org


359 
Qalıq maqnitlənmənin təbaşirdən kembriyə qədər geoloji dövrləri 
üçün ölçmələrinin nəticələrinin ümumiləşdirilərək maqnit qütbünün 
vəziyyəti və qədim en dairəsinin bərpa olunmasına nail olurlar 
(Cədvəl 1-ə bax). Məlum olmuşdur ki, hər bir dövr üçün qitələrin 
qədim en dairələri qitələrin müasir vəziyyətinin en dairələrinə
uyğun gəlmir, bu da qitələrin dreyfinin mövcud olmasının 
sübutudur. 
Qitələrin dreyfinin fərziyyəsini verən A.V.Veqenerin dediyi kimi 
qitə plitələri okean plitnin üzərində sürüşür, ancaq müasir 
təsəvvürlər göstərdi ki, qitə plitələrinin dreyfi okeanın dibi ilə 
birlikdə hərəkət edir. 
Geoloji dəlillərin təhlili göstərdi ki, qitənin həqiqi sərhədi qitə 
şelfinin sahil xətti yox, onun xarici qurtaracağı olur. Bəzi 
rayonlarda məsələn qərbi Afrikada 2 milyard yaşa malik olan 
süxurlar şərqdə yatan 500 mln yaşlı çökmə süxurlarla təmasdadır. 
Bu süxurun ayrılma xüsusiyyəti ilə Braziliyada olan süxurlarda 
təkrar olunur, onda şimali, cənubi Amerika, Avropa və Afrika bir 
downloaded from KitabYurdu.org


360 
qitə kimi birləşmiş olublar. Maqnit xətti anomaliyası Atlantik 
okeanının açılmasını izləməyə imkan verir, hərçənd ki, bu 
proseslərin bəzi hissəsi məlum deyil (məsələn, Karib dənizi və 
Arktika arxipelaqının Qrenlandiya ilə birləşməsi rayonu). Nov 
rayonlarında plitələrin parçalanıb dağılması baş verir, ancaq qranit 
plitəsi yüngül olmasına baxmayaraq üst mantiyanın daha sıx 
maddəsinə bata bilmir (şəkil). Zəncirvari andezit vulkanları yuxarı 
qalxan yavaş əriyən plitələrlə əlaqədardır. Qitələrin ayrılma prosesi 
Qırmızı dəniz rayonunda Ədən və Kaliforniya körfəzlərində 
müşahidə olunur. 
Əgər plitələrin hərəkəti böyük həcmli faktiki geoloji-geofiziki 
dəlillərlə təsdiq olunduğu halda, onun hərəkət mexanizmi bir neçə 
fərziyyə üzərində qurulur. Məsələn, güman olunur ki, plitin hərəkəti 
istilik konveksiyası hesabına olur, enerji mənbəyi isə radioaktiv 
qızma ola bilər. 
Neft-qaza əlverişli olan çökmə hövzələrin əmələ gəlməsi və 
təsnifatı qlobal plit tektonikası ilə əlaqədardır. 
downloaded from KitabYurdu.org


361 
Dünyanın ən böyük neft, neft-qaz ehtiyatı Afrika və Asiya plitələri 
arasında yerləşib. 
Hər hansı ərazinin geoloji quruluşunu geofiziki üsulla tədqiq 
etdikdə çöküntülərin quruluşu və yerləşdiyi şərait, həmçinin 
maqmatizmin təzahürü kompleksdə öyrənilir. Geofiziki 
materialların geoloji araşdırılmasından sonra tektonik rayonlaşma 
işləri aparılır. 
Geofiziki üsulun üstü bir neçə kilometrdən çox qalın çökmə əmələ 
gəlmələrlə örtülmüş ərazilərin və çox dərinə batmış özülün geoloji 
quruluşunu tədqiq etdikdə çox böyük rol oynayır. Tektonik 
rayonlaşmada geofiziki üsulla həll olunan əsas məsələ tədqiq 
olunan ərazinin əsas quruluş elementlərinin yerləşdiyi yerini, 
qarşlıqlı əlaqəsini və xüsusiyyətini öyrənməyə gətirib çıxarır. 
Regional tektonik rayonlaşmada kompleks geofiziki və geoloji 
tədqiqatlar qarşısında aşağıdakı böyük problemlər qoyulur: 
platformanın quruluşunun öyrənilməsi, qırışıqlıq ərazilərini, böyük 
tektonik-quruluş elementlərinin sərhədlərinin öyrənilməsi. 
downloaded from KitabYurdu.org


362 
Özülün qırışıqlıq, dərinə batmış metamorfikləşmiş əmələ gəlmə-
lərinin geofiziki üsulun köməyi ilə tədqiqində özülün yerləşdiyi 
dərinlik, onun səthinin relyefi və daxili quruluş elementləri, eyni 
zamanda maddi tərkibi, özülün daxilində, həm də onun səthinə 
çıxan maqmatik əmələ gəlmələr təyin olunur. 
Regional məsələlərin həllində və tektonik rayonlaşmada bütün 
geofiziki üsulları kompleksdə istifadə etmək vacibdir: qravi -
kəşfiyyat, maqnit kəşfiyyatı, elektrik və seysmik kəşfiyyatlar. 
Havadan maqnit Yer səthində qravikəşfiyyat planalmanın nəticələri 
1:200000, 1:100000 miqyasda bilavasitə tektonik rayonlaşmada 
istifadə olunur. 
downloaded from KitabYurdu.org

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin