335
əmələ gəlməsinin qanunauyğunluğunu və qabaqcadan həmin suların
ehtiyatının hesablanmasını, rayonun seysmikliyinin öyrənilməsini,
geoloji-mühəndis proseslərini (sürüşmə, karstlar əmələ gələn Yerlər)
süxurların fiziki və texniki parametrlərini (sıxlığı, elastiklik modulu,
elektrik keçiriciliyi, temperatur şəraitini və s. öyrənməkdir. Bu
məsələlərin həlli üçün ilk növbədə qravi və maqnit kəşfiyyat
üsullarından istifadə olunur, bu tektonik strukturların məhəlli
qanunauyğunluğunu öyrənməyə imkan verir. Bu mərhələdə əvvəllər
aparılan qeofiziki tədqiqatların nəticələrindən istifadə olunur.
İxtisaslaşdırılmış böyük miqyaslı xəritəalma işləri yuxarıda adları
çəkilən işlərə əsaslanır və karataj və Yeraltı qeofiziki işlərlə
tamamlanır. Hansı geofiziki üsulun seçilməsi rayonun fiziki geoloji
modelindən, ya da ayrıca sahdəki işdən asılıdır.
Açıq sahələrdə planalma işləri sabit relyefli ərazidə aparılır, bu
ərazi az meşəlikli yaxud bataqlıq olmayan ərazilər olmalıdır.
Seysmik profillər arasındakı məsafə 40-80 km götürülür.
Açar rolu oynayan sahələrdə planalma işinin aparılması ərazinin
keçilməz relyefə malik olduğuna görə edilir. Fraqmentli planalma,
getmək mümkün olmayan qırışıqlı dağlıq ərazilərdə aparılır.
Müşahidə profilləri çaykənarı çökəkliklərinə perpendikulyar
istiqamətdə seçilir, aralarındakı məsafə 20 km-ə qədər olmalıdır.
Böyük miqyaslı mühəndis-geoloji planalmada geofiziki üsul Yer
qabığının üst qatında yerləşən süxurların litoloji tərkibini,
tektonikasını, süxurların mexaniki xassələrini öyrənmək üçün istifadə
olunur. Bu məsələləri həll etmək üçün ilk növbədə müxtəlif
modellərdə elektrik kəşfiyyatı üsulundan, seysmik kəşfiyyatın ağır
yüklə Yerin səthinə vurmaqla alınan seysmik dalğaların köməyi ilə
təyin olunur.
Dostları ilə paylaş: